Rusiyadan miqrantlara vətəndaşlıq təklifi: Arxasında nə dayanır?

1 203 11-09-2018, 19:26 cemiyyet / gundem

Rusiyanın Tümen şəhər sakini üç otaqlı evə 61 miqrantı qeydiyyata salmağa çalışıb. O, bu evdə qalma haqqından beş il əvvəl istifadə edib. Ancaq qeydiyyatdan sonra Mərkəzi Asiyadan olan şəxslər həmin mənzildə yaşamaq fikrində olmayıb. İndi buna görə, 39 yaşlı tümenlini üç ilədək həbs cəzası gözləyir.

Tümen rayon prokurorluğu müəyyən edib ki, 2018-ci il iyulun 5-dən 21-dək yerli sakin miqrasiya idarəsinə üçotaqlı evə 61 miqrantın gəlməsi ilə bağlı məlumat verib. Məlumatlara görə, miqrantlar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olublar. Faktla bağlı Tümen sakini barəsində Rusiya ərazisində qanunsuz uçota salma maddəsi ilə cinayət işi başlanılıb. Sözügedən şəxsin hərəkətləri sübuta yetirilərsə, onu üç ilədək həbs cəzası və 500 min rubl (təxminən 7200 dollar – red.) məbləğində cərimə gözləyir.

Bu fakt yeni bir məsələni gündəmə gətirib. Əvvəllər Rusiya vətəndaşı öz evində MDB ölkələrindən gələnləri qeydiyyata sala bildiyi halda indi bunu edə bilmir. Əvəzində indi MD ölkələrindən gələnlər, SSRİ dövründə yaşayanlar Rusiyada daha san və tez vəətəndaşlıq ala bilirlər. Təbii ki, bu ürəkaçan bir məsələ olsa da, bəzi şübhələr də yaradır.

Birdən-birə Rusiyanın bu addımı atmasının arxasında hansı məqsədlər gizlənir?

Bu suala cavab verən tarixçi Faiq Qəzənfəroğlu Cebhe.info-a məsələni izahında qeyd etdi ki, bu Rusiyanın yeni imperialist siyasətidir. Onun sözlərinə görə, Rusiya çarlıq dövründə başqa xalqların torpaqlrını işğal etmək üçün ayrı cür siyasət yeridirdisə, indi bunu daha müasir formada həyata keçirməyə başlayıb:
Rusiyadan miqrantlara vətəndaşlıq təklifi: Arxasında nə dayanır?
"Moskva Sovet Rusiyası dövründə bu siyasətini bir başqa cür həyata keçirirdi. Şimal qonşumuzun bu siyasəti xüsusi ilə də kommunizm dövründə özünü daha qabarıq formada göstərib. Rusiya uzaq keçmişdə bunu beynəlmilləlçilik adı altında həyata keçirib. 1991-ci ildə SSRİ rəsmən dağıldığını bəyan etdikdən sonra şimal qonşumuz bir müddət özünə gələ bilmədi. Ancaq 2000-ci ildən, xüsusən də Putin hakimiyyətə gəlməsindən sonra Rusiya yeni imperializm siyasətini yürütməyə başlayıb. Kreml hökuməti Rusiya Federasiyasının dağılmaması, ən azı keçmiş SSRi məkanında və yaxud da çar Rusiyası dövründəki ərazilərə qədər yenə də ağalıq etmək, orda öz nəzarətini davam etdirmək istəyir. Ona görə də Moskva yeni üsula əl atıb. MDB-dən gələnlərə heç bir maneə yaratmadan, onlara vətəndaşlıq verir. Bu çox ciddi və qorxulu siyasətdir. Moskva bu addımı ilə vətəndaşlıq verməklə gələcəyə zəmin hazırlayır. Yəni açıq desək, vətəndaşlıq verərir ki, sonra həmin insanların mənsub olduğu ölkələrə qarşı torpaq iddiasında olsun. Bu çox aydın görünür".

Elmir Murad
Cebhe.info

XƏBƏR LENTİ