Gömrük Komitəsində həbs –Şöbə rəisi rüşvət alarkən tutuldu

Gömrük Komitəsində həbs –Şöbə rəisi rüşvət alarkən tutulduDövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə komitənin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış komitə əməkdaşlarına dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb: “Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Gömrük Komitəsində həbs –Şöbə rəisi rüşvət alarkən tutuldu

  • 11-09-2018, 19:33
  • 324


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Tanınmış polis rəisinin gənc oğlu vəfat etdi
  4. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  5. Yeni başçı Vilyam Hacıyevin rəqsə meyilli kadrı ilə işləyə biləcəkmi? - VİDEO
  6. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  7. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  8. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  9. Müqayis Verdiyevin ləkəli keçmişi,qalmaqallı bu günü və qaranlıq gələcəyi–”Qozbeli qəbir düzəldər”–Araşdırma
  10. Sabah güclü külək əsəcək
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI