İranda avtobus qəzası:21 nəfər həyatını itirib

669 19-09-2018, 16:07 dunya

İranda avtobus qəzası:21 nəfər həyatını itiribİranın mərkəzində Kaşan-Nətənz magistral yolunda sərnişin avtobusunun yanacaq daşıyan yük maşını ilə toqquşması nəticəsində 21 nəfər ölüb, 25 nəfər də yaralanıb.

AZƏRTAC İsfahan polisinin verdiyi məlumata istinadla xəbər verir ki, 19 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya çatdırılarkən həlak olub. Sərnişin avtobusu Tehrandan Kirman əyalətinə gedirdi. Hadisəyə səbəb avtobusun sürət həddini aşması olub.

XƏBƏR LENTİ