Bu, bizim üçün Qarabağ qədər önəmlidir – Millət vəkili

770 4-10-2018, 10:40 gundem

Bu, bizim üçün Qarabağ qədər önəmlidir – Millət vəkiliGürcüstanda erməni dilində təhsil almaq üçün hər cür şərait yaradılıb, amma bizim orada yaşayan soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problemlər yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu problem demək olar ki, Qarabağ problemi ilə eyni səviyyədədir:

“Biz məktəb məsələsinə ciddi yanaşmalıyıq. Məktəblərlə bağlı ictimai hərəkat başlamalıdır. Mən daha əvvəl də ictimai fondun yaradılması təklifi ilə çıxış etmişdim. Orada yaşan soydaşlarımızda təhsilə maraq yaradılması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Orada erməni dilində dərs keçən məktəblər yaxşı durumdadır, lakin Azərbaycan məktəbləri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Hökumətimiz azərbaycanlılara qarşı ayrı-seçkilik edilməməsi üçün Gürcüstan hökuməti qarşısında məsələ qaldırmalıdır”.

Deputat vurğulayıb ki, sözügedən məsələ çərçivəsində dövlət adamları ilə müzakirələr aparıb:

“Mən bu haqda təkliflər də irəli sürmüşəm. Gürcüstandakı iş adamlarımız da bu məsələdə köməklik göstərməlidirlər. Gürcüstan qanunlarına uyğun olaraq bu məsələləri həll etmək mümkün olar. Bu problemləri Milli Məclisdə də qaldırmalıyıq”.

XƏBƏR LENTİ