Mariya Zaxarovadan “ehtiyatsız bəyanat” açıqlaması

683 4-10-2018, 14:19 cemiyyet

Mariya Zaxarovadan “ehtiyatsız bəyanat” açıqlaması“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində meydana gələn bütün müsbət meylləri alqışlayırıq. İndi onları ehtiyatsız bəyanatlarla zədələmədən daha da inkişaf etdirmək lazımdır”.

“Report” xəbər verir ki, bu fikirləri brifinq zamanı Rusiyanın XİN sözçüsü Mariya Zaxarova dilə gətirib.

O, Dağlıq Qarabağ probleminə dair son görüşlər və münaqişənin həllində Rusiyanın rolu barədə danışarkən deyib: “Biz də öz tərəfimizdən bu müsbət meyllərə mümkün qədər hər cür dəstək verəcəyik”.

XƏBƏR LENTİ