Dörd Rusiya kəşfiyyatçısının qovulmasının səbəbi məlum oldu

584 4-10-2018, 16:16 dunya

Dörd Rusiya kəşfiyyatçısının qovulmasının səbəbi məlum oldu
Moderator.az Dojd telekanalına istinadən xəbər verir ki, Niderlandda Rusiyanın dörd QRU (Baş kəşfiyyat idarəsi) əməkdaşının ölkədən çıxarılmasının səbəblərini açıqlayıblar. Niderlandın müdafiə naziri Ank Beyleveld bildirib ki, QRU əməkdaşları Donbass üzərində vurulmuş Malayziya təyyarəsinin istintaqını aparan qurumun üzvlərindən informasiya almağa cəhd ediblər.

“Biz bilirdik ki, Rusiya kəşfiyyat xidməti bu təhqiqatda maraqlıdırlar, ona görə də müvafiq tədbirlər gördük.”-müdafiə naziri deyib. Xanım nazir əlavə edib ki, Niderland hakimiyyəti bu məsələdə ehtiyatlı davranır.

Mətbuat konfransında əməkdaşların diplomatik pasportları göstərilib və qeyd edilib ki, bunlardan biri Malayziyada istintaqı aparan prokurorluq orqanlarına kiber hücumlar təşkil edib.

XƏBƏR LENTİ