Qəzaya uğrayan Lənkəran – Bakı avtobusunun sərnişinləri reanimasiyaya yerləşdirilib –ADLAR

830 8-10-2018, 13:24 hadise

Qəzaya uğrayan Lənkəran – Bakı avtobusunun sərnişinləri  reanimasiyaya yerləşdirilib –ADLAR
Lənkəran rayonundan Bakıya gələrkən paytaxtın Qaradağ rayonu ərazisində qəzaya uğrayan mikroavtobusda xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmin şəxslər – 1970-ci il təvəllüdlü Quliyeva Vəsilə Gülağa qızı, 1961-ci il təvəllüdlü Fərziyev Möhtərəm Əliheydər qızı, 1966-cı il təvəllüdlü Zəkiyrev Hüseynağa Xəzər oğlu, 2004-cü il təvəllüdlü Kazımov Davud İxtiyar oğlu və 1965-ci il təvəllüdlü Salayeva Qəmər Davud qızıdır. Yaralıların vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonunda Lənkərandan Bakıya gələn sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb.
Xeberdar.net

XƏBƏR LENTİ