Skripal İsveçrə xüsusi xidmətləri ilə də «ünsiyət»də olub – KİV

597 14-10-2018, 10:37 dunya

Skripal İsveçrə xüsusi xidmətləri ilə də «ünsiyət»də olub – KİV«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyada zəhərlənmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) eks-polkovniki Sergey Skripal İsveçrə xüsusi xidmətləri ilə də əlaqədə olub. Bu barədə jurnalist Mark Urbanın «The Skripal Files» kitabında söhbət açılır.

«The Telegraph» nəşrinin yazdığına görə, 2017-ci ilin yayında Skripal bir həftə İsveçrədə olub. Onun yerli kəşfiyyat xidmətlərinə nələri danışması barədə heç nə bildirilmir. Ehtimal olunur ki, Skripal Ümumdünya anti-dopinq agentliyinə kiberhücum barədə onlara xəbər vermiş olsun. Belə ki, London Rusiyanı məhz bunda şübhəli bilir.

Bundan əvvəl, oktyabrda Britaniya hakimiyyəti Rusiya BKİ-ni bütün dünya üzrə, o cümlədən WADA və ABŞ Demokrat partiyasına kiberhücumların təşkilində günahlandırmışdı. Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko bu ittihamları qəbul etməmişdi.

Məhz bundan sonra – martın 4-də Solsberidə eks-polkovnik, Britaniya casusu Sergey Skripal və qızı Yuiyanı zəhərləyiblər. Bu insidentə görə, London bütün məsuliyyəti Kremlin üzərinə qoymuşdu.

Xeberdar.net

XƏBƏR LENTİ