Beyin qocalmasını dayandırmağın üsulu aşkar edildi - ARAŞDIRMA

1 164 16-10-2018, 11:41 maraqli

Beyin qocalmasını dayandırmağın üsulu aşkar edildi - ARAŞDIRMAKentuki universitetinin alimləri aydınlaşdırıblar ki, ketogen dieta koqnitiv qabiliyyəti yaxşılaşdırır və yaşlandıqca beyin degenerasiyasının inkişaf risqini azaldır.

Xeberdar.net MedicalXpress-in press-relizinə istinadən bu barədə məlumatı nəzərinizə çatdırır.
Yeni tədqiqat göstərib ki, ketogen dieta, yəni yüksək yağlılığı olan azkarbohidratlı pəhriz beyinin qan təchizatına müsbət təsir etməklə qanda olan mikroorqanizmlərdən, toksinlərdən mərkəzi sinir sistemini müdafiə edir.

Tədqiqatın 16-cı həftəsində məlum olub ki, azkarbohidratlı yemək qəbul edənlərin bağırsaq mikroflorası yaxşılaşıb, qanda şəkər aşağı düşüb, beyinin qan dövranı artıb və Altsegeymer xəstəliyini yaradan amiloidlər məhv olub.

XƏBƏR LENTİ