“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”

611 18-10-2018, 14:46 gundem

“Nə müstəqilliyimizi, nə də bu yolda aparılan mübarizəni ədəbiyyata çevirə bilməmişik”
“Acınacaqlıdır ki, müstəqillik uğrunda can qoyanların heç biri lazımi qiymətini almayıb”


Bu gün Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunur.
Bəs bu tarixi günün əldə edilməsində əməyi olanların apardığı mübarizə bədii ədəbiyyatımızda öz əksini tapıbmı?

Moderator.az-a açıqlama verən görkəmli şair Rüstəm Behrudi bu sahədə vəziyyətin qənaətbəxş olmadığını vurğuladı:

“Müstəqilliyimizin qazanılmasında canını qoyan adlı-adsız qəhrəmanların heç biri zənnimcə lazımi qiymətini almayıb. Buna səbəb o oldu ki, müsəqilliyi qazanan hakimiyyət qısa zamanda yaşadı. Buna görə də bunu dəyərləndirmək, ədəbiyyata çevimək mümkün olmadı. Lakin bu yolda can qoyan adamların hamısının apardığı mübarizə ədəbiyyat məsələsinə çevrilməlidir. Yaddaşlara yazılmalı, başqaları üçü nümunə olmalıdır.
Dövlətçiliyimizə qarşı hər zaman ciddi təhlükələr olub. Biz bu məsələləri ədəbiyyata gətirməklə həmin təhlükələrin qarşısnı almağın yollarını da tapa bilərik. Gənc nəsli bu yolda mübarizəyə səsləyə bilərik.
Lakin bir daha qeyd edirəm ki, müstəqillik uğrunda aparılan nə mübarizə, nə də bu yolda mücadilə aparanlar bədii ədəbiyyatda öz əksini tapmayıb. Bu isə olduqca acınacaqlı haldır”.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ