Ölkəyə qanunsuz dərman gətirən şəxs tutuldu

651 24-10-2018, 18:15 kriminal

Ölkəyə qanunsuz dərman gətirən şəxs tutulduHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Xeberdar.net-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini “yaşıl kanal”la keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün “qırmızı kanal”a yönləndirilib.

Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.

Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.

Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.

Xeberdar.net

XƏBƏR LENTİ