Pentaqon rəhbəri:"Rusiya Yaxın Şərqdə ABŞ-ın yerini tuta bilməz"

673 27-10-2018, 17:09 dunya

Pentaqon rəhbəri:"Rusiya Yaxın Şərqdə ABŞ-ın yerini tuta bilməz"“Rusiya Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdəki yerini tuta bilməz”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Bəhreyndə keçirilən beynəlxalq konfransda çıxışı zamanı ABŞ-ın müdafiə naziri Ceyms Mattis bildirib.

Pentaqon rəhbəri vurğulayıb ki, Rusiyanın regiondakı mövcudluğu ABŞ-ın Yaxın Şərqə uzunmüddətli şəffaf bağlılığını əvəz edə bilməz. O, bu regionda vəziyyətin gərginləşməsində İranı ittiham edib.

Amerikalı nazir İran və Rusiyanı Bəşşər Əsədin hələ də Suriyada hakimiyyətdə qalmasında günahlandıraraq, Rusiyanın Bəşşər Əsədin öz xalqına qarşı cinayətlərini qulağardına vurduğunu söyləyib.

C.Mattis ABŞ və müttəfiqlərinin Suriyadakı radikal qruplara qarşı “təmizləmə əməliyyatı”nı davam etdirəcəklərini bildirib.

XƏBƏR LENTİ