7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölüb

716 3-11-2018, 11:40 hadise

7 yaşlı uşaq beşinci mərtəbədən yıxılaraq ölübSumqayıt şəhərində 7 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 5-ci mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.

Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ