Bakıda şirkət borcu olan qadını rüsvay etdi – FOTO

Bakıda şirkət borcu olan qadını rüsvay etdi – FOTOBakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.

Şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib.

“ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb.

Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?

Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur:

“Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:

“Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”. /oxu.az

Bakıda şirkət borcu olan qadını rüsvay etdi – FOTO

  • 6-11-2018, 11:50
  • 64


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI