10-a yaxın məhkum vərəmdən ölüb

10-a yaxın məhkum vərəmdən ölüb“Ötən il Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlar arasında vərəmə yoluxma halları kəskin şəkildə azalıb: “1995-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində vərəmlə ölüm faizi 105 dəfə azalıb. Bu faiz getdikcə azalaraq respublikada mövcud olan ölüm faizindən önəmli dərəcədə aşağıdır. Cəzaçəkmə müəssisələrində aparılan səmərəli metodların nəticəsində vərəmli xəstələrin, hətta ağır formalı vərəmli xəstələrin sayı və ölüm faizləri getdikcə azalır”.

R.Mehdiyev bildirib ki, vərəm, adətən, İİV, Hepatit və digər patologiyaları olan şəxslər arasında daha geniş yayılıb: “Vərəmli məhkumların əksəriyyəti orta yaşlı insanlardır. Dərmanlara həssas olan vərəmli xəstələrin müalicəsinin effektivliyi 91-92% ətrafındadır. Dərmanlara davamlı vərəmli xəstələrin müalicə effektivliyi isə 83-85% ətrafındadır. Baxmayaraq ki, ÜST bu hədəfi 80% verir”.

Ədliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Azərbaycanda tək cəzaçəkmə müəssisələrində yox, istintaq təcridxanalarında da yeni yoluxma halları qeydə alınır: “Hazırda cəzaçəkmə müəssisələrində olan vərəmli xəstələrdən 2 nəfəri qadındır. Müalicə mərkəzində vərəmlə yanaşı, digər xəstəliklər üzrə müalicə alan şəxslərin sayı, təxminən, 300-ə yaxındır. Onlar arasında yeniyetmə yoxdur”.

Xeberdar.net

10-a yaxın məhkum vərəmdən ölüb

  • 6-11-2018, 13:39
  • 56


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  6. Gürcüstanda xaricilərə yaşayış icazəsi verən qaydalar sərtləşdirilir –Kaxa Kaladze açıqladı
  7. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  8. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  9. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  10. Süd vəzisi xərçənginə kişilər arasında da rast gəlinir
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI