Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanmasına münasibət bildirib

Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanmasına münasibət bildiribAzərbaycan Xarici İşlər Nazirliyi Norveçin Bakıdakı səfirliyini bağlaması qərarına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Report”un sorğusuna cavab olaraq deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin bu Norveç hökumətinin qərarıdır.

“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan Equinor (əvvəlki Statoil) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi – Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Hazırda, bizdə olan məlumata görə, Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələ ki, tam aydın deyil”, – Azərbaycan XİN-in rəsmisi vurğulayıb.

Xeberdar.net

Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanmasına münasibət bildirib

  • 10-11-2018, 14:53
  • 209


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI