Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? –XİN-dən açıqlama

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? –XİN-dən açıqlamaPrezident İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqındasərəncam imzalayıb.

Sərəncama əsasən, Adış Sakit oğlu MəmmədovAzərbaycan Respublikasının İsveç, Norveç və Finlandiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Maraqlıdır, Azərbaycan adları çəkilən 3 ölkəyə yeni səfir təyin edəcəkmi?

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, nazirlikdə bu barədə məlumat yoxdur.

“Söhbət bir səfirdən gedir. Geri çağırılan səfir Adış Məmmədov İsveçdə otururdu. Səfirlik hər üç ölkəyə baxırdı. Qaldı təyinata, bu barədə məlumatımız yoxdur. Yeni təyinat olarsa belə, bu, cənab prezidentin sərəncamı ilə həyata keçirilə bilər. Xarici İşlər Nazirliyində bu barədə məlumat yoxdur”.

Qeyd edək ki, Adış Məmmədov 2013-cü il 12 avqust tarixində Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.

Yeri gəlmişkən, Norveç Krallığı gələn ildən Bakıdakı səfirliyini bağlayacağını bildirsə də, bunun səbəblərini açıqlamayıb. Norveçin Xarici İşlər Nazirliyi Azərbaycandakı səfirliyinin bağlanacağını elan edərkən bildirib ki, Azərbaycanla əlaqələrinə bu ölkənin Ankaradakı səfirliyi məsul olacaq. Norveç Azərbaycanda fəxri konsulluq saxlamaq niyyətindədir.

Norveç hökuməti Gürcüstan patyaxtı Tbilisidə səfirliyin açılacağını bildirib.

Xeberdar.net

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? –XİN-dən açıqlama

  • 13-11-2018, 11:33
  • 332


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO
  2. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...
  3. Bakıda qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
  4. Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur
  5. Rusiya və BƏƏ səsdən sürətli sərnişin təyyarəsi yaradır - Rusiyalı nazir
  6. Türkiyəyə daxil olmağa çalışan 4 terrorçu saxlanılıb
  7. “Gürcüstan Azərbaycanla daha çox dialoq aparmalıdır” - İrakli Qaribaşvili
  8. Taleh Qaraşovun “ofşor şirkəti” – “Cənub-2000”lə icra başçısını bağlayan nədir?
  9. PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto
  10. Qaradağ yolunda qəza baş verib - FOTOLAR
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
MARAQLI