Partiya sədri Mustafa Hacıbəyliyə qarşı qondarma ittihamlarla başladılan cinayət işinə dərhal xitam verilməsini tələb etdi

896 3-12-2018, 13:39 siyaset / gundem

Partiya sədri Mustafa Hacıbəyliyə qarşı qondarma ittihamlarla başladılan cinayət işinə dərhal xitam verilməsini tələb etdi


Ümid Partiyasının sədri İqbal Ağazadə Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət məcəlləsinin 3 maddəsilə cinayət işi qaldırılmasına münasibət bildirib. Partiya sədri öz feysbuk səhifəsində yazıb:

“Mustafa Hacıbəyliyə qarşı cinayət məcəlləsinin 3 maddəsilə cinayət işi qaldırılmışdır. Bu faktı azad sözə, mətbuata təzyiq kimi dəyərləndirir, qondarma ittihamlarla başladılan cinayət işinə dərhal xitam verilməsini tələb edirik. Onsuz da insan haqlarının vəziyyəti, mətbuat və söz azadlığı indekslərində ölkəmizin durumu heç də ürəkaçan deyildi. Azad sözə növbəti basqılar Azərbaycanın beynəlxalq imicinə bir daha ciddi zərbə vuracaq. ÜMİD Partiyası olaraq bu tipli addımları qətiyyətlə pisləyir və bütün siyasi məhbusların qeyri şərtsiz azad olunmasını tələb edirik.”
Partiya sədri Mustafa Hacıbəyliyə qarşı qondarma ittihamlarla başladılan cinayət işinə dərhal xitam verilməsini tələb etdi
Qeyd edək ki, Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılıb və ona qarşı Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb.
Xəbəri “Turan” agentliyi yayıb.
Xəbərdə bildirilir ki, M.Hacıbəyli CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Redaktor barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həftədə iki dəfə o, yaşayış yeri üzrə sahə polisinə gedib qeydiyyatdan keçməlidir.

Xeberdar.net

XƏBƏR LENTİ