Rusiyanın 17 qırıcısı Britaniya esminesinin üzərinə hücum çəkib – «Həyasız düşmənçilikdir!»

716 7-12-2018, 21:25 dunya

Rusiyanın 17 qırıcısı Britaniya esminesinin üzərinə hücum çəkib – «Həyasız düşmənçilikdir!»«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın 17 qırıcı təyyarəsi Qara dənizdə Britaniyanın eskadron minadaşıyıcı «HMS Dunkan» gəmisinin üztünə hücum çəkib. «Daily Mail»-in xəbərinə görə, insident hələ may ayında baş verib, indi isə «Channel 5» telekanalı özünün sənədli filmində bu epizodu nümayiş etdirib.

Videoda göstərilir ki, NATO qüvvələri tərkibində üzən Kral hərbi-dəniz qüvvələrinin esminesi Krım sahillərinin 50 kilometrliyindən keçərkən, Rusiya tərəfdən onun üzərinə hərbi təyyarələr «şığıyıb».

17 ədəd qırıcının və qırıcı-bombardmançı təyyarələrin gəmi üzərində neçə müddət dövrə vurduğu xəbər verilmir. Ancaq məsafənin azlığı səbəbindən, «Dunkan»ın ekipajı Rusiya tərəfə xəbərdarlıq göndərməyə məcbur olub: «Esmines çox güclü radardan istifadə edir. O, təyyarələrin elektronikasını sıradan çıxarda bilər və onlar dənizə tökülər».

Filmdə göstərilir ki, Rusiyanın hava məkanına qayıtmazdan əvvəl pilotlardan biri gəmiyə xəbər göndərib – «Uğur olsun, uşaqlar!»

Bu zaman ekipaj üzvlərindən biri bəyan edib ki, gəmidə 48 raket olub. Ona görə də real döyüş baş verdiyi halda, qələbə britaniyalıların tərəfində olarmış.

Donanmanın nümayəndəsi Mayk Atli qeyd edib ki, «Dunkan» güman ki, son 25 ildə bu miqyasda hücumun şahidi olmuş yeganə gəmidir. Qeyd olunur ki, Britaniyanın müdafiə naziri Gevin Uilyamson bu insidenti «həyasız düşmənçilik» adlandırıb və ekipajın işini yüksək qiymətləndirib.

Xeberdar.net

XƏBƏR LENTİ