Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayırKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi Vaqif Kərimov və Elçin Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Yevlax rayon Baytarlıq İdarəsinin rəisi V.Kərimov və E.Yusifov külli miqdarda mənimsəmədə, səhlənkarlıq və vəzifə saxtakarlığında təqsirli bilinirlər.

Belə ki, onlar idarənin saxlanılması üçün ayrılan büdcə vəsaitindən 64 min manatı mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.

Hər iki şəxsə qarşı qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

  • 15-12-2018, 14:20
  • 185


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  4. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  5. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  6. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  7. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  8. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  9. İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
  10. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI