Mətanət - A şirkətinin prezidenti Elxan Bəşirov haqqında ilginc İDDİA

868 24-12-2018, 15:04 gundem

Mətanət - A şirkətinin prezidenti Elxan Bəşirov haqqında ilginc İDDİAÖzünü mesenat və xeyirxah bir sahibkar kimi respublika prezidentinə təqdim edən Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov toxunulmaz olduğunu bir daha subut etdi. Belə ki, atası Hidayət Bəşirovun 80 illik yubleyi ilə əlaqədar çap etdirdiyi "Zirvəyə Qalxan Yol" adlı kitabında əslində atasının həyat yolu deyil "Ey Böyük İnsan", " O, Bir Gün Dönər", "Səni Gözləyirik Ağsaqqalımız" şeirləri və bir neçə məqalə Əlikram Hümbətova həsr edilmiş və bu kitabla bir sıra mesajlar verilmişdir.

Bu kitab cənub bölgəsinə yayılandan təxminən 3 ay sonra yəni mesajı sahibinə çatdırandan və insanları lazımınca maarifləndirdikdən sonra bu kitabı adamlardan geri yığıblar. Buradan da görunur ki, Mətanət-A şirkətinin prezidenti cənub bölgəsində təxribat hazırlayır. Bunlara sübut olaraq bu ilin yayında Lerik rayonunun kəndləri olan Piran-Vjaker kəndlərinə yol çəkilişi zamanı Lerik rayon İcra Hakimi Rövşən Bağırov Hamarat kəndində olan şebeldən bu yola işlətməyi qadağan edən kimi Bəşirov bir telefon zəngi ilə əhalini ayağa qaldırıb İcra başçısına həddini bildirdi.

Başçı dərhal öz verdiyi qərarı geri götürdü və öz təhlükəsizliyi üçün əhalidən üzr istədi. Bizdə olan məlumata görə Elxan Bəşirov Respublikada yuksək post istəyir. Əgər onu bu ilin sonuna kimi bu posta verməsələr cənub bölgəsində guclu qiyam baş qaldırar. Cənub bölgəsinin adamlarının böyük bir qisminin Rusiyada olmasına görə bu qiyama Rusiya Federasiyasından da dəstək hazırlanır.

Bəzi mənbələrə görə Ələkrəm Hümbətov onu dəstəkləyən Elxan Bəşirovun qalxmasında böyük rolu olmuş və bu gün Bəşirovun ətrafında şillə vuranların böyük bir qismi Ələkrəmin dəstəsinə aid olan adamlardır. Elxan Bəşirov həmçinin Ermənistan xüsusi xidmət orqanlarına bağlı olan TalyshistanTV-yə gizli maliyyə yardımı göstərir. Xalq Bəşirovun kim olduğunu yaxşı bilməlidir. Elxan Bəşirov “Zirvəyə qalxan yol”adlı kitabı ictimaiyyətdən gizlədirsə,onda görünən dağa nə bələdçi?

Mətanət - A şirkətinin prezidenti Elxan Bəşirov haqqında ilginc İDDİA

XƏBƏR LENTİ