«Birləşmiş Ştatlar daha dünya polisi ola bilməz» – TRAMP

661 27-12-2018, 18:16 dunya

«Birləşmiş Ştatlar daha dünya polisi ola bilməz» – TRAMP«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bildirib ki, ölkəsi bundan sonra da «dünya jandarmı» olaraq qala bilməz. Bu barədə Amerika lideri ABŞ ordusunun İraqdakı bazasında xidmət keçən hərbçilər qarşısında bəyan edib.

«Birləşmiş Ştatlar daha dünya polisi ola bilməz. Bu, ədalətsizlikdir ki, bütün hərbi yük tamamilə bizim üzərimizdədir» – deyə, «NBC» kanalı ondan sitat gətirir.

Tramp qeyd edib ki, ABŞ ordusu «bütün dünyaya səpələnib, o cümlədən elə ölkələrə ki, insanların çoxu hətta onlar barədə eşitməyiblər də…»

Prezident həm də belə bir fikir səsləndirib ki, ABŞ ordusu dünyanın bütün millətlərinin əvəzinə döyüşməməlidir. Bunun ardınca, ABŞ lideri təklif edib ki, ABŞ-ın köməyini arzu edənlər, buyurub bunun qarşılığında «haqq ödəməlidirlər».

İndi hər kəs üçün maraqlıdır: Görəsən, Tramp bu təklifini Suriya və İraq kürdlərinə də şamil edəcəkmi?


XƏBƏR LENTİ