Türkiyə bütün turistlər üçün yeni vergi tətbiq etdi

1 698 28-12-2018, 17:07 idman

Türkiyə bütün turistlər üçün yeni vergi tətbiq etdiXeberdar.net RİA Novosti-yə istinadən xəbər verir ki, Türkiyə 1 yanvar 2019-cu ildən ölkənin bütün aeroportlarından uçan sərnişinlər üçün” təhlükəsizlik vergisi” tətbiq edəcək.

Türkiyə ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirlərini gücləndirir və hökümət bu məsələdə çəkilən xərclərin müəyyən hissəsini, istər fərdi, istər qrup halında uçan sərnişinlərin öz üzərinə qoyur. Yeni təhlükəsizlik vergisini yaşından və səyahət etdiyi mövsümdən asılı olmayaraq bütün ölkələrdən gələn turistlər, eyni zamanda Türkiyə vətəndaşları da ödəməlidir.

Qeyd edək ki, Türkiyənin dövlət aeroportlarının Baş idarəsi vergi haqqını 3 avro elan etmişdi, sonra işə mədəniyyət və turizm nazirliyi qarışıb və nazir Mehmet Ersoy xüsusi olaraq vurğulayıb ki, vergi adambaşına 1,5 avroya endirilsin.

Yeni vergi haqqında qərar Türkiyənin turbiznesi və Rusiyanın bu istiqamətdə işləyən turoperatorları üçün gözlənilməz olub. 2019-cu ilin yay mövsümü üçün satılan paket turlarda bu vergi nəzərə alınmayıb.

Türkiyə KİV-nin məlumatına görə indi TÜRSAB ( Türkiyə turist agentlikləri assosasiyası) xarici turoperatorlarla bu məsələni həll edir. İşin qəlizliyi ondadır ki, təhlükəsizliyə görə vergi ödəmənin qaydasını izah edən heç bir rəsmi sənəd yoxdur.

Turoperatorların dediklərinə görə artıq Türkiyəyə 2019-cu ilin yayı üçün alınmış paketlərə 1,5 avro vergi ödəməsi tələbi olmayacaq.

XƏBƏR LENTİ