Tramp ABŞ-ın dövlət borcunu azalda bilmədi! – Amma söz vermişdi

Tramp ABŞ-ın dövlət borcunu azalda bilmədi! – Amma söz vermişdi«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Trampın iki illik prezidentliyi dövründə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət borcu onun vədlərinə rəğmən, 2 trilyon dollar artıb.

«CNN» kanalının xəbər verdiyi kimi, Birləşmiş Ştatlar 2019-cu ilə 21,9 trilyon dollarlıq dövlət borcu ilə qədəm qoyub ki, bu da eks-prezident Barak Obama dövrü ilə müqayisədə 10 faiz çoxdur.

ABŞ maliyyə nazirliyi qeyd edir ki, dövlət borcunun artmasının səbəblərindən biri də Trampın dövründə başlanmış (2017-ci ilin sonu) vergi islahatıdır.

Dövlət borcunun indiki səviyyəsi ölkə üçün 1950-ci ildən üzübəri ən yüksək həddir və ümumi daxili məhsulun (ÜDM) 78 faizini təşkil edir.

Xatırladaq ki, seçki kampaniyası dövründə Tramp ölkənin nəhəng milli borc problemini iki prezidentlik dövrü ərzində həll edəcəyinə söz verib.

Tramp ABŞ-ın dövlət borcunu azalda bilmədi! – Amma söz vermişdi

  • 5-01-2019, 09:30
  • 268


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  4. Daha bir rayon su böhranı ilə üz-üzə
  5. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  6. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  7. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI