Mosulda daha bir kütləvi məzarlıq – 38 qadın meyiti

682 11-01-2019, 13:29 dunya

Mosulda daha bir kütləvi məzarlıq – 38 qadın meyitiİraqın Mosul şəhərində daha bir kütləvi məzarlıq aşkar edilib.

Trend-in məlumatına görə, şəhərdən 40 km cənubda, Şora rayonunun Kabir kəndində aşkar edilmiş məzarlıqda 38 qadın meyiti olub.

Qadınların İŞİD terror təşkilatının silahlıları tərəfindən öldürüldüyü bildirilir.

Meyitlərin kimliyini müəyyənləşdirmək və yaxınlarına təhvil vermək üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mosulda indiyə qədər 200-dən çox kütləvi məzarlıq tapılıb.

XƏBƏR LENTİ