FETO-çu GENERALIN BAKIDAKI ƏLAQƏLƏRİ ARAŞDIRILIR - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

FETO-çu GENERALIN BAKIDAKI ƏLAQƏLƏRİ ARAŞDIRILIR - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdiTürkiyədə 2017-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin ardınca Ankaranın istəyi ilə Azərbaycan hüquq-mühafizə orqanları da Fətullah Gülənin təriqətinə (FETÖ) qarşı təhqiqat başladıb. Virtualaz.org xəbər verir ki, bu təhqiqat çərçivəsində 15 iyul hərbçi çevriliş planının lideri hesab edilən ordu generalı, Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də dindirilib.

“Yeni Şafak” qəzetinin yazdığına görə Azərbaycanın prokurorluq orqanları iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı əməkdaşlıq əsasında Türkiyənin Ədliyyə Nazirliyinə general Akın Öztürkə yönəldilməli olan 10 sual göndərib. Həmin suallar Akın Öztürkün Azərbaycandakı əlaqələri barədə olub.
FETO-çu GENERALIN BAKIDAKI ƏLAQƏLƏRİ ARAŞDIRILIR - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi
Türkiyə Ədliyyə Nazirliyinin xarici əlaqələr və Avropa İttifaqı üzrə idarəsi Azərbaycan tərəfinin tələbini Ankara Cümhuriyyət prokurorluğuna göndərib. Bu tələb əsasında prokurorluq Akın Öztürkü ötən gün yanvarın 12-də saxlanıldığı Sincan F tipli həbsxanasından jandarmanın müşaiyəti ilə Ankara Ədliyyəsinə aparıb.

Orada prokuror Mustafa Saylam Azərbaycanın ədliyyə məqamlarının göndərdiyi sualları Öztürkə yönəldib. Suallar əsasən Öztürkün Azərbaycandakı əlaqələri barədə olub. 45 dəqiqəyə yaxın dindirmədən sonra Öztürk yenidən Sincan həbsxanasına aparılıb.

Bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları FETÖ təhqiqatı ilə bağlı bu təriqətin gizli strukturları, maliyyə və təhsil sahəsindəki fəaliyyətləri, gizli xəbərləşmə metodları barədə də məlumatları Türkiyə tərəfindən istəyib.
FETO-çu GENERALIN BAKIDAKI ƏLAQƏLƏRİ ARAŞDIRILIR - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi
Bu sorğu əsasənda Türkiyənin Ədliyyə Nazirliyi Ankara Cümhuriyyət prokurorluğuna yazılı məktub göndərərək tapşırıb ki, FETÖ-nün Türkiyədəki fəaliyyətləri və strukturu barədə əhatəli dosye hazırlansın, Ədliyyə Nazirliyi vasitəsilə Azərbaycan tərəfinə göndərilsin.

Xatırladaq ki, Ankara Cümhuriyyət prokurorluğunun hazırladığı ittiham aktına əsasən general Akın Öztürk hərbi çevriliş cəhdi ərəfəsində bəzi xarici ölkələrlə telefon danışıqları aparıb, o cümlədən Azərbaycanda istifadə olunan 99451660…. mobil nömrəsi ilə 2 dəfə əlaqə saxlayıb.

FETO-çu GENERALIN BAKIDAKI ƏLAQƏLƏRİ ARAŞDIRILIR - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

  • 13-01-2019, 13:47
  • 153


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI