Ağcabədini xalq etirazları bürüyüb: Şahin Məmmədov “İsmayıllı işi” yetişdirir? – Video

670 25-01-2019, 13:10 gundem

Ağcabədini xalq etirazları bürüyüb: Şahin Məmmədov “İsmayıllı işi” yetişdirir? – Videoİlin ilk ayından Ağcabədini xalq etirazları bürüyüb. Şəhərdə ardıcıl olaraq iki aksiya keçirilib. Sadəcə, mitinqlərin media gündəminin baş xəbəri olmasından yayındırırlar.

Reportyor.info-nun verdiyi məlumata görə, aksiyalarda bahalaşmaya, sosial problemlərə, işsizliyə və yerli icra orqanlarının yarıtmaz fəaliyyətinə etiraz edilir.

Amma mərkəzdən gizlədilən və Prezident Administrasiyasının diqqətindən kənarda saxlanılmasına cəhd göstərilən bu etiraz aksiyalarının böyüməsi təhlükəsi var.

Çoxdan gedişinin vaxtı yetişən Ağcabədi hakimiyyətinin rəhbəri Şahin Məmmədov bacarıqsızlığı ilə İsmayıllı hadisələrinin təkrarlanması üçün zəmin yaratmaqdadır.

Ölkəyə xaricdən təzyiqlər olduğu və müxalifətin fəallaşdığı bir dövrdə əyalətlərdə etiraz səslərinin ucalması yaxşı əlamət deyil. Həmin videolardan görünür ki, Ağcabədi əhalisi yürüş edir, mərkəzə toplaşır, narazılığını deməkdən çəkinmir.

İnsanlar iş, çörək, ədalət axtarırlar. Bunlar isə Şahin Məmmədovun rayona icra hakimliyi etdiyi gündən yoxdur. Bu aksiyalarla onun icra başçısı taxtından salınması de-fakto rəsmiləşməkdədir. Əks halda, Ağcabədi Qubaya, İsmayıllıya çevrilə bilər.

Vətəndaşlar hər şeydən narazıdır: şikayətlərə baxılmır, icra başçısı onları qəbul etmir, görüşlərə getmir, (sonuncu dəfə kəndlərin birinə səfər edərkən kortejlə hərəkət etdiyi hamıya aydın oldu) rayonda işsizlik artır, bahalaşma var, unun qiyməti qalxıb, Ş.Məmmədov heç bir addım atmır.

Prezidentə və Azərbaycana qarşı qarayaxma kampaniyası aparıldığı, anti-Azərbaycan şəbəkələrinin aktivləşdiyi bir zamanda, ölkədə sabitliyin pozulmasını arzulayan xarici dairələrin təzədən fəallaşdığı halda Ağcabədi kimi bir bölgəni etirazlar cənginə alıb.

Ağcabədi əhalisi dövlətdən və prezidentdən şikayətlənmir. Onlar yerli məmurların və İH başçısının fəaliyyətindən narazıdır. Şahin Məmmədov istərsə sahibkara, istərsə fermerə, istərsə sadə insanlara “qan uddurur”.

Kiminin torpağı əlindən alınıb, kiminin obyektindən nahaq pul istənilib. Üstəgəl, rayonda inkişaf yox, abadlıq-quruculuq yox, işsizlikdən insanlar nə edəcəklərini bilmir, İH başçısı isə kortejlə gəzir.

Bu siyasət Şahin Məmmədovun prezidentə xəyanəti kimi qiymətləndirilə bilər. Ona görə ki, dövlət başçısı onu icra başçısı təyin edərkən xalqla işləməyi tapşırır, şikayət gəlməməsini əmr edir.

Ş.Məmmədov isə nəinki şikayətlərin sayını artırıb, rayonda davamlı aksiyalar keçirilməsi üçün sosial zülmü ərşə qalxdırıb.

Ağcabədinin icra başçısı anlamır ki, əyalətləri qızışdırmaq, etiraz dalğasının zəncirvari olaraq bölgələrə yayılmasını arzulayan güclər var, vəziyyətdən sui-istifadə edirlər.

Başı talana, biznesə qarışan, camaatla maraqlanmayan Ş.Məmmədovu sonda hansı aqibət gözləyə biləcəyini hesablamır. Əslində, onun sərəncama göndərilməsinə az zaman qalıb.

Prezidentin İH-lərdə apardığı kadr islahatları Ağcabədiyə də çatmaq üzrədir. Ş.Məmmədovun geridə qalan müddətdə barəsində yetərincə korrupsiya faktları ifşa edilib.

Yada salaq ki, prezident İlham Əliyev Ağcabədidə pambıqçılarla dialoqu zamanı onların gündəlik nə qədər qazanması ilə maraqlanmışdı. Bu zaman icra başçısı Şahin Məmmədov dialoqa qoşulmuşdu.

Daha doğrusu, müdaxilə edib və pambıqçını qabaqlayaraq, onun deyəcəyi rəqəmi gizlətmək üçün dövlət başçısına səhv məlumat vermişdi. Ağcabədi RİH başçısı prezidentə hər bir pambıqçının günə 24 manat qazandığını bildirib.

Və əlavə edib ki, ailədən 5 nəfər pambıq tarlasında işləyirsə, günə 100 manat evinə aparır. Əgər həftənin 5 günü, ailənin 5 üzvü sahədə işləyirsə, bu, azı aya 2000 manat qazanc edir.

İcra başçısı hər pambıqçının günə 110-120 kilo pambıq yığdığının vurğulayıb. Təbii ki, bu rəqəmlər kifayət qədər absurd və kökündən yanlışdır.

Əvvəla, hər gün hər pambıqçı 120 kilo pambıq yığa, bu qədər məhsuldarlıq ola bilməz. Nəzərə almaq lazımdır ki, hər fəsildə də yüksək səviyyədə məhdularlıqolmur.

Ş.Məmmədovun prezident İ.Əliyevə dediyi yalan məlumatın əsas bəndi isə bir ailədən 5 nəfərin işləyə bilməsidir. Hərçənd ki, bu da nonsensdir. Yəni, qeyri-mümkündür.

Hərənin 120 kilo pambıq yığması fiziki baxımdanfantastikadır. Sovet zəhmətkeşləri də bunu edə bilməzdilər. Belə yalançı məmur nə qədər vəzifədə qala bilər ki?!

Bir müddət əvvəl PA rəhbərinin iclasında Ş.Məmmədova xəbərdarlıq edilmişdi. R.Mehdiyev məmurlara işində məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb etmişdi.

2013-cü ildə Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirmişdir. Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib.

Onun adı MTN işində də hallanıb. Şahin Məmmədovun iş prinsipinə uyğun olaraq, torpaq icarədarları olan hüquqi və fiziki şəxsləri müəyyən yollarla torpaq icarələrindən imtina etdirərək, iri fermer təsərrüfatı yaradılması qət edilib.

Gülay

REPORTYOR.info

XƏBƏR LENTİ