Yeni Zelandiyada iki məsciddə atışma – 27 nəfər ölüb

690 15-03-2019, 10:27 dunya

Yeni Zelandiyada iki məsciddə atışma – 27 nəfər ölübYeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məsciddə atışma nəticəsində 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Stuff” portalı məlumat yayıb.

Bildirilir ki, yerli xəstəxanalar 40-50 yaralının gətiriləcəyini gözləyirlər.

“New Zealand Herald” nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

XƏBƏR LENTİ