SAHİBKARLARLA ABUTALIBOV ARASINDA MİLYONLUQ QALMAQL – Şok iddialar

SAHİBKARLARLA ABUTALIBOV ARASINDA MİLYONLUQ QALMAQL – Şok iddialarBaş nazirin müavini Hacıbala Abutalıbov yenə narazılıq yaradıb. Budəfəki narazılıq Abutalıbovun on iki sahibkarla sövdələşməsi nəticəsində ortaya çıxıb. Bu barədə xəbər “Unikal” qəzetinin bugünki sayında dərc edilib.

Qəzetə məlumat verən mənbənin sözlərinə görə, məsələ H.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı olduğu dönəmdən başlayıb: “Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi”.

Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəmiz bundan sonra vəziyyətin daha da gərginləşdiyini deyiblər.

Qaynağın bildirdiyinə görə, bundan sonra sahibkarlar H.Abutalıbovun yeni iş yerinə – Nazirlər Kabinetinə getməyə məcbur olublar. Onlar uzun müddətdir keçmiş merin yeni iş yerinin qapısı ağzında qalıblar.

Qeyd edək ki, bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 400-ə yaxın binada tikintinin müafiq qaydalara aparılmadığını, layihələrinin şəhərin baş planına uyğun gəlmədiyini müəyyənləşdirdiyi açıqlanıb. Buna görə bir çox tikinti şirkətlərinin fəaliyyətinin dayandırıldığı, layihələrinin geri qaytarıldığına dair xəbərlər var…

AzPolitika.info

SAHİBKARLARLA ABUTALIBOV ARASINDA MİLYONLUQ QALMAQL – Şok iddialar

  • 6-04-2019, 11:06
  • 119


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI