“Deyəsən, bu məxluq Ermənistanda, erməni kilsəsində şam tutmağını unudub?..”

821 8-04-2019, 11:19 gundem

Şirin Mirzəyevi də, onun xanımı Flora Qasımovanı da bütün qarabağsevərlər tanıyır, bəs səni hansı simanla tanıyaq, ay “bədbəxt adam”...
O Qarabağ yanğılı, ürəyi dağlı anadan üzr istəməsən, vətənpərvərlərin tapdağı altında qalacaqsan!..

“Deyəsən, bu məxluq  Ermənistanda,  erməni kilsəsində şam tutmağını unudub?..”
Eşidən kimi ki, fotoda gördüyünüz, adını çəkmək istəmədiyim, hər cür şəraitə adaptasiya oluna bilinməyinə görə nəinki Azərbaycanın, dünyanın flora və faunasında bənzəri tapılmayan bir məxluq şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin xanımı, işğal altındakı Xankəndinin azərbaycanlı sakinlərinin deputatı Flora xanım Qasımova haqqında qələt edib, ağlıma dərhal gələn bu fikir oldu: “ Deyəsən, bu məxluq Ermənistanda erməni kilsəsində şam tutmağını unudub?..”

Həmişə demişəm, yenə də deyirəm, hər hansı bir Azərbaycan vətəndaşında, özünü bu yurdun övladı hesab edən insanda millilik, milli qeyrət, dinimiz İslama, milli adət-ənənələrimizə sadiqlik, insanlıq, şəxsiyyət olmadı, onun nə qədər elmi, istedadı, milyonu, milyardı, uçağı, raketi, nə bilim, Nobel, Oskar mükafatı olsa belə, gözüm də heç kəsdir. Müəyyən xarici-daxili dairələrin himayəsi altında bir neçə saytda ordan-burdan sızdırılan xəbərlər yaymaqla məşhurlaşan bu məxluq da belələrindəndir. Onun kimiləri bilmir ki, məşhurların məşhər günü də var...

Özünü rezin kuklalar kimi şişirtdirib Azərbaycan mediasıının azmanı sayan bu cızma-qaraçı hələ 1-ci Qarabağ savaşının baş qəhrəmanlarından olan, Azərbaycan ordusunun bünövrəsini qoyan, ilk milli tabor, alaylarımızdan birini quran, adlı-sanlı şəhid komandir Şirin Mirzəyevi tanımırsa, onun jurnalistlik sənətinə bir yox e, min quş!..

Tanıyanlar bilir ki, bəndəniz tərif yazmağı xoşlamır. Flora xanım Qasımovanı da tərifləməyəcəm. Heç bu sadə, təvazökar xanımın tərifə ehtiyacı da yoxdur, heç tərif sevən də deyil... Onu da, əsl qəhrəman həyat yoldaşını da milli qeyrətlilər(!) yaxşı tanıyır... Amma vaxtım az olsa da, bu sözügedən məxluqun bir neçə cümlə ilə tərifini vermək istərdim. Xocalı soyqırımı zamanı günahın çoxunu Azərbaycan tərəfinə yükləməklə, Xankəndini “Stepanakert” adlandırmaqla, Ermənistanda erməni kilsəsində şam yandırmaqla, İrəvanda düşmənlərimizlə şirin-şirin söhbət edib üzlərinə irişməklə, Bakıda yanında erməni axçiyini işlətməklə ermənilərin sevimlisinə çevrilmiş və bu gün də, yəqin, Xankəndində erməni separatçılarıyla yenə də üzbəüz oturub “çaşka-loşka” olmaqdan ötrü sinov gedən, dini-imanı, siyasi əqidəsi bəlli olmayan, ümumdünya dələduzu Corc Sorosun fondu tərəfindən maliyyələşdirilmiş bir məxluq... İndi sən hansı cürətlə Milli Qəhrəman xanımına, şəhid xanımının üzərinə ilan kimi fısıldayırsan?.. Onu bil ki, o ürəyi dağlı xanımdan, torpağını, Şuşasını, Xankəndisini, ocağını, dədə-baba məzarlarını itirmiş o yaralı anadan üzr istəməsən, vətənpərvərlərin tapdağı altında qalacaqsan...

Milli Qəhrəman Şirin Mirzəyevi də, onun xanımı Flora Qasımovanı da səndən fərqli olaraq bütün vətənpərvər, qarabağsevər qazilər, döyüşçülər, şəhid ailələri, jurnalistlər, yazarlar, ziyalılar yaxşı tanıyır. Bəs səni hansı simanla, hansı keyfiyyətinlə, Vətənə, Qarabağa hansı faydanla tanıyaq, ay köhnə dostun demiş, “bədbəxt adam”?...

Sultan Laçın

XƏBƏR LENTİ