BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI - “Haqqımı verib, açdım” + VİDEO

BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI - “Haqqımı verib, açdım” + VİDEOÖtən ilin sonlarında bağlanan Bakının ən məşhur və ən qalmaqallı gecə klublarından olan “İnfiniti” fəaliyyətini yenidən bərpa edib.

“AzPolitika”ya daxil olan məlumata görə, hazırda gecə klubunu İrandan olan bir iş adamı işlədir. Ancaq klubunu sahibinin və himayəçilərinin yerli vəzifəli şəxslər olduğu bildirilir.

“İranlı iş adamının, fəaliyyəti ciddi ictimai narazılıq doğuran klubu yenidən işə salması elə də çətin olmayıb. Dediyinə görə, “haqqını” verərək, icazə alıb. İndi orada və ətrafında əvvəlkindən də biabırçı vəziyyət hökm sürür. Ərazidə “İnfiniti”dən əlavə “Ellepis” və başqa bir adda gecə klubu açıldığından, həmçinin çoxlu sayda otel fəaliyyət göstərdiyindən, pozgun həyat tərzi keçirən insanların, əxlaqsız qadınların əsas məkanına çevrilib”, – ətrafda yaşayan Bakı sakini bildirib.

Qeyd edək ki, Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun ötən ilin sentyabr ayının sonlarında bağlandığı elan olunmuşdu. Konkret səbəbi açıqlanmasa da, bunu klubda baş verənlərin geniş ictimai narazılıq doğurması ilə izah edirdilər. Ərəblərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər. Klubda əxlaqsızlığın əndazəni aşması, orada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı belə bir qərarın verildiyi iddia olunurdu.
BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI - “Haqqımı verib, açdım” + VİDEO
Düzdür, klub bağlandığı elan edildikdən sonra da müəyyən müddət fəaliyyətini davam etdirdi. Belə ki, bir müddət əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə xdmət göstərdi. Ancaq bu da çox çəkmədi.

Ötən ilin dekabrında dövlət orqanlarının (konkret qurumun adı çəkilmir-müəl.) tələbi ilə klubun fəaliyyəti tam dayandırıldı, hətta içi belə boşaldıldı. Bundan sonra klub bir müddət işləmədi. Ancaq çox keçmədi ki, hansısa “sehirli əl” klubun fəaliyyətinə “yaşıl işıq” yandırdı və “İnfiniti”nin ətrafında “can bazarı” bərpa edildi. Yəni, hər şey qaldığı yerdən davam etdirilir.

Gözləyək, görək, indi hansı xarici ölkə vətəndaşı gəlib buradan reportaj hazırlayacaq…

Xatırladaq ki, ötən ilin əvvəlində İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda “İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu. Məhz həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığı elan olunmuşdu.

AzPolitika.info

BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI - “Haqqımı verib, açdım” + VİDEO

  • 9-04-2019, 13:24
  • 76


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Zülfüqarlı qardaşlarından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şok müraciət
  2. Azərbaycanda oğlanlar 14 yaşlı qızı zorlayıblar- məktəbdə ŞOK OLAY
  3. 9 yaşlı Göyçay sakini Prezidentə müraciət etdi-ÇÖRƏK PULU TAPA BİLMİRİK
  4. Politoloqdan açıqlama: “ Azularımızın gerçəkləşməsi üçün BÖYÜK GÜCƏ sahib olmaq lazımdır! ”
  5. Nazpərinin qardaşı qızı növbəti RÜSVAYÇI FAKTLARI AÇDI: “Diskotekalarda...”
  6. İstanbuldakı seçkiyə münasibət Türkiyə demokratiyasının barometridir
  7. Əli İnsanov vacib görüşlər keçirir
  8. Sabah hava necə olacaq?- PROQNOZ
  9. Baş redaktorun məhkəməsində təhsil idarəsinin müdiri ifadə verib
  10. Fuad Qəhrəmanlının qızına hücumla bağlı DİN-dən AÇIQLAMA
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI