Prezident qanunu pozan hakimin səlahiyyətlərinə xitam verib

669 17-04-2019, 16:16 cemiyyet

Prezident qanunu pozan hakimin səlahiyyətlərinə xitam veribPrezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, 50 yaşlı İlyas Mahmudov 2008-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi idi.

XƏBƏR LENTİ