Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq

712 30-04-2019, 09:52 dunya

Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaqXX əsrin axırlarından başlayaraq qaynar və soyuq müharibələr öz yerlərini informasiya müharibəsinə vermişdir. “İnfomasiya müharibəsini” soyuq müharibənin başqa bir növü kimi də qiymətləndirmək olar.
Azərbaycan Respublikası müstərilliyinin ilk ilərində bu “müharibədə” çox təəssüflər olsun ki, məğlub durumda idi. Ulu öndərimizin yenidən hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi, “informasiya müharibəsinin” əsas “ordusu” olan lobbiçiliyin, diasporaların və mədəni muxtariyyatların təşkilatlanmasında və inkişafında əsaslı dəyişiklərin yaranmasına səbəb oldu.
Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi” böyük çətinliklərə baxmayaraq təkamül dövrünü keçdikdən sonra, konqresin Fəxri prezidenti Şahin Məmmədovun rəhbərliyi altında Azərbaycana qarşı istifadə edilən informasiya blokadasını darmadağın edilməsi istiqamətində önəmli işlər görmüşdür.
Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq
Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaqŞimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq
04 may 2019-cu il tarixə təyin edilmiş açılış tədbirlərinin təşkilatçısı Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”-nin fəxri prezidenti Şahin Məmmədovun üzündəki həm yorğunluğu, həm də məsuliyyəti asanlıqla görmək olurdu. Təşkilat komissiyasının növbəti iclasından sonra işinin çoxluğuna baxmayaraq Şahin müəllim, ayaqüstü olsa da tədbir barədə qısa məlumat verdi: - “Azərbaycanlılar Konqresi”-nin əsas məqsədi həm Şimali Osetiyada, həm Şimali Qafqazda, həm Rusiya Federasiyasında həm də bütün dünyada Azərbaycan Respublikasının dövlət siyasətini yerli əhaliyə aolduğu kimi çatdırmaqdır. Belə tədbirlərin keçirilməsində Azərbaycan Respublikasının Diaspora ilə İş Dövlət Komitəsinin dəstəyi də danılmazdır. Azərbaycan dövlətinin siyasətini region əhaləsinə çatdırmaq dövlətlərarası münasibətlərə öz töhfəsini verir”.
Haşiyə: “Azərbaycanlılar Konqresi”-nin fəxri prezidenti Şahin Məmmədov Şimali Osetiya – Alaniya Respublikasıda keçiriləcək hər bir tədbirin, Dövlətimizin siyasətinin və milli mental dəyərlərimizin bütün xüsusiyyətlərini özündə əks etdirməsi üçün həm bilik və bacırıqlarını, həm də maddi imkanlarını ortaya qoymaqla nümunəvi fəaliyyət sərgiləyir.
Açılış tədbirində Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbükoğlunun, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, Vladiqafqaz şəhərinin muftisi Hacı Murat Qatsalovun və s. ictimai və dövlət xadimlərinin iştirakı gözlənilir.
“Xəbərfakt.Az” İA-nin Şimali Qafqaz üzrə büro rəhbəri və Şimali Osetiya – Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”-nin mətbuat xidmətinin rəhbəri Elçin Şükürün yorulmaz əməyi sayəsində, Konqresin 2018/2019-cu illərdə keçirdiyi tədbirlər minlərlə oxucuya çatdırılmışdı.
Şimali Osetiya – Alaniya Respublikasında möhtəşəm açılış olacaq

XƏBƏR LENTİ