Meydan TV -yə yeni direktor təyin olunmayıb

507 30-04-2019, 12:26 cemiyyet

Meydan TV -yə yeni direktor təyin olunmayıbÖtən gün sosial şəbəkələrdə Meydan TV-nin başına repçi Camal Əlinin gətirildiyi xəbəri yayılmışdı.
Musavat.com xəbər verir ki, Almaniyada yaşayan Həbib Müntəzir məlumatın yanlış olduğunu və zarafat etdiklərini bildirib: “Camal Əli dəyərli dostumuzdur. Dünən bir zarafat edib, onu ciddiyə alan dostlarımız olub. Bəzi saytlar da ciddiymiş kimi xəbər hazırlayıb, yanlış informasiya yayıblar, etməyin. Bundan sonra nə olacaq, ona təşkilatın idarə heyəti və üzvləri qərar verəcəklər. Hələlik direktor olmadan da Meydan TV öz fəaliyyətini davam etdirəcək.

Çalışacağıq daha proqressiv və jurnalistik peşəkarlığa uyğun sizlərə materiallar çatdıraq, ölkədəki informasiya blokadasını yararaq, ictimaiyyəti məlumatsız qoymayaq”.

Xeberdar.net

XƏBƏR LENTİ