Xərçəng xəstələri üçün menyu – İsrail metodu

1 579 2-05-2019, 10:34 maraqli

Xərçəng xəstələri üçün menyu – İsrail metoduXərçəngin növündən, dərəcəsindən asılı olmayaraq, diaqnoz qoyulan kimi bir çox həkimlər ciddi tələb etməsə də, xəstənin qidalanma menyusu, rejimi dəyişməlidir.

Onkoloji xəstələr necə qidalanmalı, nə qədər yeməli, hansı ərzaqları, meyvələri, tərəvəzləri qəbul etməli, nədən imtina etməlidir?

Medicina.az oxucuların xahişi ilə İsrail klinikalarında həkimlərin onkoloji xəstələr üçün təyin etdiyi qidalanma menyusunu təqdim edir

Səhər acqarına bir stəkan limonlu su. Su otaq temperaturunda olmalıdır.

Səhər saat 6-7, eləcə də axşam 20:00-dan sonra qəhvə içmək olmaz.

Yüngül səhər yeməyi – kəsmik, qarabaşaq sıyığı, giləmeyvələr, bitki çayı, 2 portağal və 1 limonun şirəsi

Saat 11-12 arası: Alma şirəsi, tərəvəz şorbası, yüngül meyvə saları, 1 yumurta. Çovdar çörəyi

Saat 1-4 arası yemək məsləhət deyil. Çox acıdıqda, yalnız meyvə salatı.

Saat 16:00- suda bişmiş balıq və ya mal əti, çiy tərəvəzlərdən salat, yoqurt

Saat 19:00-20: 00 – süd məhsulları – qatıq, kefir, ayran, bitki yağında (zeytun) tərəvəz salatı, qoz, suda bişmiş balıq və ya çolpa.
Axşam 21:00-dan sonra heç bir şey yeyilmir, içilmir. Qaraciyər orqanizmin təmizlənməsi üçün çalışır, yükləmək olmaz.
Saat 22:00-dan səhərə kimi dərin yuxu.

Həftəlik qidalanmada bu ərzaqlar olmalıdır:

Kətan toxumları – üyüdüb salatlara, sıyıqlara əlavə edib yemək. Kisel bişirib tez-tez içmək
Çuğundur – köklə birgə şirəsi, salatı, bişmişi, çiyi
Reyhan- iştahı artırır

Brokkoli – dəmirlə zəngindir. Kimyaterapiyadan sonra halsızlıq, əzginlik, qanın göstəricilərinin aşağı düşməsinə qarşıdır
Qırmızı çili istiotu – orqanizmi təmizləyir
Pomidor – antioksidantdır

Avokado – hər gün yeyilməlidir
Küncüt toxumları və yağı – kalsiumla zəngindir
Balqabaq və tumları – immuniteti gücləndirir
Soğan –sarımsaq – hər gün yeyilməlidir

Zəncəfil, sarıkök –təbii antibiotikdir
İspanaq – qanı qidalandırır
Ərik və qurusu

Nar, vişnə, əncir, çiyələk, kokos
Qara gavalı – mədə -bağırsaq üçün
Zəfəran – qanı bərpa edir

Hər gün minimum 500 qram təzə meyvə və tərəvəz müxtəlif variantlarda qəbul olunmalıdır.
Zeytun yağı yalnız soyuq halda, yəni qızdırılmadan, salatlara qatılaraq yeyilməlidir.
Çaylar: limon, nanə, darçın, çobanyastığı, şüyüd, itburnu.
Şəkər, qənd olmaz, yalnız bal yeyilməlidir. Gündə 50 qramdan çox bal olmaz.

XƏBƏR LENTİ