Penitensiar Xidmətdən Oqtay Güləliyevin iddialarına reaksiya:"Daxili intizam qaydalarına ciddi riayət olunmalıdır"

Penitensiar Xidmətdən Oqtay Güləliyevin iddialarına reaksiya:"Daxili intizam qaydalarına ciddi riayət olunmalıdır"Penitensiar Xidmət “Azadlıg.info” informasiya portalında dərc edilmiş “Məhbusu ayaqlarından asaraq döyüblər” sərlövhəli məqaləsinə münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan açıqlamada deyilir ki, məqalə müəllifləri özünü hüquq müdafiəçisi kimi təqdim edən Oqtay Güləliyevə istinadən cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı işgəncə hallarının artması, Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Eldəniz Quliyevə qarşı müəssisə əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərin edilməsi haqqında həqiqətdən tamamilə uzaq məlumat dərc ediblər.

Xidmətdən bildirilib ki, həmin məqalədə göstərilənlər real vəziyyəti əks etdirmir və böhtan xarakterlidir: “Belə ki, Xidmətin tabe qurumlarında saxlanılan məhkumların və həbs edilmiş şəxslərin hüquqları və qanuni mənafeləri etibarlı qorunur. Eyni zamanda, müxtəlif dövlət, yerli və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında monitorinq və yoxlamalar aparılır, məhkumlar təklikdə qəbul edilir və hər-hansı bir işgəncə halı aşkar olunduqda bu fakt mütləq müvafiq sənədlərdə əks olunur.

6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum E.Quliyev səhhətində bəzi problemlər olduğundan dəfələrlə müayinə üçün Penitensiar xidmətin Müalicə müəssisəsinə göndərilmiş və onun müalicəsi üçün peşəkar tibbi mütəxəssislər cəlb edilib.

Sonuncu dəfə məhkum cari ilin aprel ayında müalicə kursu keçmiş və cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Həm məhkum E.Quliyev, həm də digər səhhətində problemi olan məhkumlar istər Xidmət əməkdaşları, istərsə də tibbi personal tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bununla belə, Penitensiar müəssisələrdə daxili intizam qaydalarına cəza çəkənlər tərəfindən ciddi riayət olunmalıdır. Bu tələbləri pozmağa cəhd edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirləri tətbiq olunur və dərhal sənədləşdirilir.

Penitensiar xidmət insan hüquq və azdlıqlarının müdafiəsi ilə məşğul olmağa təşəbbüs göstərən şəxslərin yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların dərc olunmasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqlarını bir daha nəzərə çatdırır”/Report

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

Penitensiar Xidmətdən Oqtay Güləliyevin iddialarına reaksiya:"Daxili intizam qaydalarına ciddi riayət olunmalıdır"

  • 10-05-2019, 12:24
  • 35


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  6. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI