Məhkəmə binasında dustaqlar arasında dava – Xəsarət alanlar var

Məhkəmə binasında dustaqlar arasında dava – Xəsarət alanlar varGəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib.

“Report” xəbər verir ki, hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib.

Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məhkəmə binasında dustaqlar arasında dava – Xəsarət alanlar var

  • 4-06-2019, 11:10
  • 174


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI