Misir Mərdanovun qardaşı vəzifəyə təyin olunub

813 10-06-2019, 10:15 cemiyyet

Misir Mərdanovun qardaşı vəzifəyə təyin olunubŞabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov “Azərişıq” ASC-də vəzifəyə təyin olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Ə.Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Ə.Mərdanov daxili işlər orqanlarında yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşıdır.

Xeberdar.net

XƏBƏR LENTİ