Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildi

783 12-06-2019, 10:00 kriminal

Sumqayıtda 23 yaşlı oğlan qətlə yetirildiSumqayıtda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Cəfərov Faiq Füzuli oğlu Sumqayıt şəhəri ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Bakı şəhəri, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Cəfərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Xeberdar.net

XƏBƏR LENTİ