Bakıda “Volkswagen Passat” Gülgünü belə vurub öldürdü – VİDEO

Bakıda “Volkswagen Passat” Gülgünü belə vurub öldürdü – VİDEOİki gün əvvəl Bakıda gənc qızın ölümünə səbəb olan dəhşətli hadisənin görüntüləri üzə çıxıb.

Xeberdar.net criminal.az-a istinadla xəbər verir ki, hadisə sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib. Ramal Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən 25 yaşlı Gülgün Əmiraslanlını vurub.

Video görüntülərdən görünür ki, N.Əmirazlanlı işıqforun yaşıl işığıının yanmasını gözləyir və avtomobillərin hərəkəti dayandıqdan sonra yolu keçmək istəyir. Bu zaman işıqforun qırmızı işığına məhəl qoymayan və yüksək sürətlə hərəkət edən “Volkswagen Passat” G.Əmiraslanlını vurur. Zərbənin təsirindən G.Əmiraslanlı hadisə yerindən bir neçə metr kənara düşür. O, aldığı xəsarətlərdən dünyasını dəyişir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Piyadanın ölümünə səbəb olan R.Məmmədov 10 GN 002 dövlət nömrə nişanını bir neçə avtomobilin üzərinə bağlayırmış. Bundan başqa onun avtomobillə etdiyi təhlükəli manevrlərin videogörüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Bakıda “Volkswagen Passat” Gülgünü belə vurub öldürdü – VİDEO

  • 19-09-2019, 12:49
  • 381


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI