ERMƏNİLƏR YOLU AZAN ƏSGƏRİMİZİ NEYTRAL ƏRAZİDƏ VURDU –MN açıqladı

517 23-09-2019, 12:47 cemiyyet

ERMƏNİLƏR YOLU AZAN ƏSGƏRİMİZİ NEYTRAL ƏRAZİDƏ VURDU –MN açıqladıSentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Xeberdar.net məlumat verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub: “Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır”.

XƏBƏR LENTİ