"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı

1 642 23-09-2019, 18:10 gundem

"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı

Heydər Əliyev, Bəturə Hüseynli, Selcan Qəhrəmanlı və həzrəti-Əlidən bu yana...
və yaxud
“Kişi kişinin qadınının adını çəkməz!!!”


Arada cəhd edin – təxminən bir həftə tam toparlanın, fikrinizi-diqqətinizi cəmləyin, adi və xırda bildiyiniz, saydığınız olsa da, fərqinə varmadan, hər gördüyünüzü eşidin, görün, yadda saxlayın və sonra “metaltəkraremal”ınızdan keçirin - “delete-enter” ardıcıllığından sonra “save” düyməsini basın görün, kəllə sümüyünüzün altında Yaradanın yerləşdirdiyi “çip”də neçə meqa-, geqabaytlıq informasiyalar qalır!
Bəşərta ki, UNUTMAYASINIZ: Siz... “And olsun Qələmə...” deyən Yaradanın tərəfkeşlərini - ÖLKƏDƏ 25 İLDİR HƏQİQƏTİ YAZAN qələmləri sındıran, söyənlərin içindəsiniz! Hətta ölkə siyasətinə, əxlaqına söyüş gətirənləri MÜDAFİƏ, arvadlarınızı-qızlarınızı söydürənlərin tərəfində durmaqla arvadlarını-qızlarını söydürənlərin TƏBLİĞ etdiyi qloballaşma, inteqrasiya, postmodernist (eləcə də kosmopolit) “təfəkkürlü” “sionist”lərin əsirisiniz! Ziyalılarınızla, alimlərinizlə, şair-yazıçı və jurnalistlərinizlə bir yerdə!
Deməli, belə...
Mən ən bayağı musiqiləri, ən “yaxantı-yığıntı” şeirləri belə aradabir dinləyirəm, paylaşıram – növündən, janrından, stilindən, tərzindən asılı olmayaraq! Hər dinlədiyimdə və paylaşdığımda da bir işıq mikronu olduğunu təbliq və təşviq edirəm. Bu dəfə isə..., - illər öncə, yəni 2010-cu ilin sentyabrına qədər də burada – fb-də dəfələrlə paylaşdığım mahnını aradım youtebe-də: “dedim ona dəymə, dəymə”. O vaxt Aşıq Zülfiyyənin ifasında dinləmişdim, sonra “Azeri turkusu” linki də rast gəlmişdi, onu da paylaşmışdım, - rastıma Bəturə Hüseynlinin ifasında canlı və müşayiətsiz olan parça rast gəldi! Təbii ki, dinlədim. And ola Qələmə (indiki halda – klaviatura dillərinə) o adda müğənni nə tanımışam, nə dinləmişəm, nə də görmüşəm. Üstəlik də qol-sinə açıq kadr da cəlb etdi. Hələ bir professionalcasına artistizm də. Bir az da diqqət yetirəndə “xəzinə” tapmış kimi məsudluq! Paylaşdım və maraqlandım! Google sağ olsun – adamın SƏMİMİ müsahibələri, PROFESSİONAL ifa tərzi, ARTİSTİZMİ, MUSİQİ ifası üçün SƏSİn sahibi olması (manerasında Türkiyədə olduğu müddətdə əxz etdiyi mimika jestləri, dinamizmi təmin edən hərəkətlər, plastika, dramatizm və "sadəlik" də öz yerində) – dinlə, ləzzət al, yaşa! Yaşamaq istəmirsənsə, təkrarən dinlə, ləzzət al və... öl! Bütün hallar üçün yarayır! Təbii ki, baxış sayı xeyli yüksək olan (732 mindən artıq) bu ifaya şərhlər də var idi, o ümidlə başladım oxumağa ki, xalqımın öz belə gözəl səsli, gözəl simalı müğənnisinə sevgisinə şahid olum!
Oldum! Özü də necə...
Biri götürüb yazıb ki, “bu qızın adına ağlifçik deyirəm”... o birisi yazıb ki, “ver, döşlərini əmim!”
Təpəm nə təhər atdısa, oturub həmən indi yazacağım hissəni yazıb paylaşmaq istəyirdim, araya Selcan Yağmur (Qəhrəmanlı) olayı düşdü... yubandı və həm də əlavə faktlar toplandı üst-üstə - dolayısıyla, yazı şişdi oldu indi oxuduğunuz boyda!
Bu şərhləri görəndə nə yazmaq istəyirdim?
... Bakıda sınıq-salxaq “Jiquli”si ilə xaltura edən biri svetoforda yanaşı saxladığı “Rance Rover”dəki xanıma guya da söz soxur:
- Səni saxlayan oğlan məni də saxlasaydı, indi mənim maşınım bundan bahalı olardı!
Başına dönərəm qızın, nömrəni yadda saxlayıb, saxlayan oğlan 6 aydan sonra Moskvadan gələndə ona deyib ki, noolar, mənim maşınımdan bahalı maşını al da o oğlana!
Həsən bəy Zərdabi küçəsində sözsoxan oğlanı “Neftçilər”də "xalturşik"lərin içində tapırlar. Qardaş baxır ki, 7 “şkaf” gəlib, soruşur:
- Bu maşın nə vaxtdan səndədi?
- Əvvəldən məndə olub, xaltura edirəm, balalarımı saxlayıram.
- Day xaltura eləməzsən, getdik avtosalona!
- Niyə, nə olub ki?
- Moskvadan “böyük qardaş” belə tapşırıb, iki saata sənə maşın almalıyıq, pal-paltar, nə lazımdısa...
Əlqərəz, burcutmağa imkan vermirlər ki, bəs biz tapşırığı yerinə yetirməliyik!
Məxləs, qardaşı gətirirlər avtosalona ən bahalı maşınların yanına, seç, hansını istəyirsən! Və... üstəlik də saunaya aparıb çimizdirirlər, təptəzə, həm də ən bahalı kostyumu geyindirirlər. Ordan da birbaşa bağa – cənnət: həyətdə ceyran-cüyür, şəlalə, ağaclar, güllər, bir neçə mərtəbəli villa. Qaldırırlar yuxarı... Əlahəzrətin yanına. Qardaş görür bıyy, həmin qız da burda. Əlahəzrət soruşur:
- Sən bu qıza belə demişdin, eləmi?
Nə deyib etiraz edəcək!? Əlbəttə, deyib.
- Sən düz demisən! Görürsən, bu qızın maşınından ən bahalı maşını aldılar, ən bahalı kostyumu geyindirdilər, ən bahalı saunada çimizdirdilər və ən bahalı villaya gətirdilər. Etirazın yoxdur? Di indi soyun! Səni də saxlayacam bu qız kimi – ildə bir-iki dəfə gəlirəm. Tezzz...
İndi başına dönərəm bu Bəturənin, Türkiyədə qoyub gəldiyi oğluyla əri gedələr Sedat Pekerin yanına (necə ki, o vaxt Qaçaq Nəbinin yanına gəlirdilər), deyə ki, bəs hal-qəziyyə belə!
Anlada bildimmi?
Atam-qardaşım, anam-bacım, əzizim, adam müğənnidirsə, jurnalistdirsə, şairdirsə, yazıçıdırsa, elə o deməkdir ki, ağzını allah yoluna qoymalısan? Lap belə dəqiq bilirsən ki, “eləsi”dir, sən “eləsi”ni saxlaya bilən oğraşsan? A kişi, “eləsi” bahalı maşın, bahalı ev-villa, bahalı geyim, bahalı qızıl-brilyant, sanatoriyalar, "uik-end"lər, turnelər, digər yüksək xərclər bir yana, həm də və ilk növbədə, elə... o bahalı ağ lifçik, “nemetskiy "mersedes"” tuman, “frantsuzskiy” penyüar, üstü brilyantlı çəkələk deməkdir! Bahalı restoranlardakı yemək-içmək bir yana, axşam yatağa keçməzdən əvvəl bahalı viski-rom, sair desertlər deməkdir! Varındı, ay düdəmə? Demirəm ki, get anqır tayını tap, deyirəm, ağzının danışığını bil də - sadalananların yoxdu, olanın... evdə bir dənə Yaftıməlinin qızıdır, bir də sənin qızın, gəlib o ağ lifçiyi taxar axı yad Yaftıməlinin də qızının, sənin də doğma qızının döşünə! Bağla dilini də “kişiliyinə”, onanizminlə məşğul ol da!
Adam sənə “nə” verə biləcəksə, təmənnasız “verib” də - səsinin gözəlliyini, İlahidən gözəl vücudunun özü rəva bildiyi qədərini, təbəssümünü, gülüşünü, vaxtını... sevgisini! Bundan artıq nə istəyirsən – niyə istəyirsən ki, burnundan tutub sürüsünlər bir yerlərdə?
Bu müğənni dünyasıyla bağlı danışığımızın səviyyəsi!
Ağzının danışığını bil də, Yaftıməli! – deməkdə, əlbəttə, haqlıyam!
Keçək siyasi məqama!
"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı
“Biz Heydər Əliyevdən heç nə öyrənmədik!” – siz o inandıqlarınız, müqəddəs bildirklərinizin ruhu və cəddi, neçənci dəfədir bu fikrimi oxuyursunuz yazılarımda? Guya yadınızda o niyyətlə saxlamısınız ki, nəticə çıxarasınız? Əttövbə!
Bax, 1992-ci ildə Bayram Bayramovla Qasım Kərimov Heydər Əliyevə tribunadan çox aşağılayıcı şəkildə həqarət etdilər – biri Qarabağla bağlı, biri də rəhmətə getmiş xanımıyla bağlı! Nəticəsindən xəbəriniz olmadı?
Bayram Bayramov ailəvi şəkildə Bakı şəhərinin mərkəzində “KamAZ” altında qaldı, öləndə heç Yazıçılar Birliyi başsağlığı da vermədi! – belə deyirlər... Üstündən bir neçə il keçəndən sonra, yaddaşım aldatmırsa, Emin Eminbəyli (qədim əyyamlarda “7 gün” qəzetinin baş redaktoru, sonradan haralarda bulundu, bilmirəm, deyəsən, indi həm də hacıdır) hardasa bu faktı yazdı! Bayram Bayramov da yoxdu ailəsi ilə birgə, Qarabağ da, üstəlik Qarabağ olmayan 7 rayon da!
...Qasım Kərimovun da – “Karyer Qasım”ın 40-ı günü Heydər Əliyev onda “Respublika”, indi öz adına olan Sarayda konsertdən sonra səhnə arxasına keçib partiya və hökümət, ədəbiyyat və incəsənət adamları ilə söhbətə başlayıb. Hamıyla bir-bir görüşüb, hal-əhval tutub, yazıçı və Baş Nazir müavini Elçinə çatanda (guya ki, Elçinlə Qasım qohum olduğuna görə), soruşub ki, Qasım hardadır, neyləyir? Elçin də deyib ki, bu gün 40 mərasimidir.
Heydər Əliyev:
- Ona deyəsən, adamın anasını belə s...evərlər!
İndi nə qədəri doğrudur (babalı bunu mənə danışan hökümət adamının boynuna), nə qədəri yalandır bu söhbətin, önəm daşımaz, amma nəticə çıxartmağa kifayət qədər böyük və DOĞRU yalandır(sa da) belə!
SÖZARDI: Təkcə Hicran Kərimli nəsə qımıldandı o vaxt – ömrünün sonunacan da bəhrəsini gördü! Yəni... təhqirlə, aşağılayıcı fikirlə, kişinin ailə üzvünün adıyla, ailə üzvüylə üstünə getmək olmaz! Bunu srağagün Moskvadakı biznesmen də bağışlamayıb, dünən Dövlət rəhbəri (ya da ki, məmuru) bağışlamayıb, sabah da bağışlamayacaqlar, bunu heç... həzrəti-Əli də bağışlamayıb – 7-ci əsrdə!
Həzrəti-Əli deyirdi ki, qadınla mübarizə aparmazlar, udsan da ayıbdır, uduzsan da! 7-ci əsrdə, a Yaftıməli, a ananın südünü s...evdiyim, 7-ci əsrdə deyib e!
"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı
Qadınla mübarizə aparmaq olmazsa, ayıbdırsa nəticəsindən asılı olmayaraq, qadınla Kişi üstünə getmək heç olmaz, ay mən deyən! Olmaz da, olmaz! Çünki Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) deyirdi ki, qadını ağac yarpağı ilə belə vurmaq olmaz, hərçənd özü... onu Peyğəmbər göndərən Allahın – Yaradanın adından çatdırmışdı ki, hansı halda şallaqlamaq olar!
Bu təbəddülatlar və sarsıntılar içində olarkən... bir də gördüm aləm dəyib bir-birinə. Noolub, a kişi? Bəs deməzsənmi, ay CAN, ay CAN, Fuadın qızı Sel...CAN... SEL olub AXCP sədrini və dədəsini ağ yuyub qara sərib, buraxıb çay aşağı, müxalifətli-iqtidarlı indi düşüblər Əli Kərimli ilə Fuad Qəhrəmanlını çayyuxarı axtarırlar!
"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı
Bu mövzuda yazdığımdan başqa, hələ müvafiq sualı vermədən deyirəm: o çıxışı ilk görənlərin içində bir kişi tapılmadımı yazsın, desin: a bala, yığışdır, ayıbdır, sən bu gün etdiyin səhvi anlayanda həm sənin üçün gec olar, həm də xalq üçün – ölkədə bu o qədər düşük, asan, məqbul presedentə çevriləcək ki, Azərbaycan xalqında AİLƏ DƏYƏRLƏRİ puça çıxacaq!
Mən bu prosesdə 1985-ci ildə Lənkəran rayonunun Kərgəlan kənd orta məktəbinin 10 s sinfində oxuyan üç qızın ləyaqətini, şərəfini, qeyrətini, müdrikliyini görmədim – nə müxalifətdəkilərdə, nə iqtidardakılarda, nə ziyalılar içində, hələ qalanlarını demirəm!
Bir faktı qısaca deyim: sevdiyim qıza hansısa oğlanla oturmağı qadağan etmişdim və yoxlayanda məlum oldu ki, oturub. Yolun ortasında döydüm, paltarlarını cırdım və qayıtdım!
Həmin o üç qız döydüyümü dövrəyə alıb, biri jaketini, biri yaylığını, biri də nəyi isə buna geyindirib iki kilometr yolu öz əhatəsində gizlətməklə aparıb düz evinin içinə qoyub insidenti fəsadsız yola vermişdilər!
Bəri başdan yaxşı tərəfini deyim: həmin qızın adı heç vaxt hallanmadı, çox gözəl müəllimə oldu, gözəl ailə sahibi kimi nümunədir! Mən jurnalistikaya qəbul olundum! Məktəbin adı hallanmadı! İki kənd, iki ailə arasında düşmənçilik yaranmadı!
OLA BİLƏCƏK PİS TƏRƏFİ: Amma faktiki... mən həbs oluna bilərdim, həmin qızın adı hallanardı, məktəb direktoru dəyişilə bilərdi, ən yaxşı halda, iki kənd, iki tayfa düşmən olardı bu günə qədər.
Mən onda jurnalistikaya qəbul olunub indi yaxşı jurnalist olduğum kimi, elə onda tutulsaydım da, fərq etməzdi – Rövşən Lənkəranskidən tez “vor v zakone” adını alardım – naturam budu: kamança, gitara çalsaydım da “master” olardım, həkim, müəllim, kim oluramsa olum, zirvədə olan tək olmasam da, təklərdən olardım!
Baxın... faktın konstatasiyası, manipulyasiyası nəyə gətirdi çıxartdı? Kim itirdi, nə qazandınız?
15 yaşından ömrünü mübarizələrə həsr etmiş, 10 ilə qədər həbsdə olmuş, özü də məhz sizə görə olmuş birisini necə rahat qurban verdiniz!? Siz bu gün bu hakimiyyətin sizə yaşatdığından artığınamı layiqsiniz? Sizə bundan artıq iqtidar rəvadırmı? Hardaydı sizin bu təpki, ictimai qınaq qüdrətiniz? Elina artıq unudulur! – üç-beş statusda xatırlanır...
Gözəl Bayramlı hələ təzə həbsdən çıxıb!
Xədicə İsmayıla yaşadılan sarsıntıların travması, illər bir yana, əsrlərcə unudulmaz!
Fatima Mövlamlı olayı...
Nə qürurlanırsınız? Ki... ictimai qınaq fayda verdi! Kimə fayda verdi?
Selcana, Zümrüdə?
İsitsna etmirəm: ola bilər, Fuad despotik bir xarizmadır – istər Zümrüd, istər Selcanla Sanay anlayıblar ki, qurtulmaq mümkün deyil, hətta öldürülə bilərik! Olsun, razılaşıram – var elə qadın tipi: deyirsən ki, çıx rədd ol həyatımdan, inanmır! Çünki... vicdan səni məcbur edir ki, səni dəli həddinə çatdırmış bu tip qadın(lar)ı çırpandan sonra zaman-zaman könlünü alasan! Bax o könül almaq çaşdırır! Bəzən söhbət o həddə çatır ki, eşitməli olursan: “kişi deyilsən, tüpürdüyünü yalama”. Baxmayaraq ki, yenə deyirsən: “Rədd ol, çıx həyatımdan!” Amma yenə də görürsən ki, ifritə başının üstündə oturub göz yaşı tökür: “Sənə heyfim gəlir, məni incitmə!” Yenə başlayırsan könlünü almağa, amma başa düşmürsən ki, bu qadın bunu qorxusundan edir, ilk fürsətdəcə səni “itqusdu” edəcək. Az kişi tapılır (mənim kimi!) bəyan etsin, ad qoysun, söysün və rədd eləsin! Çünki... hər işi pozan, bu cəsarəti söndürən... ağızın danışığıdır! Daha doğrusu, ağzının danışığını bilməməkdir!
O tip qadınların içində dəhşətli bir rüsvayçılıq qorxusu var o ana qədər ki: özünün yaşaya biləcəyi rüsvayçılığı... yaşatmağa fürsət əlinə düşdü! Verməsən, ölənəcən elə “buqələmun” olaraq yaşayacaq səninlə!
Fuad Qəhrəmanlını “qadına şiddət” adıyla “rasxod”a vermək... heç kimə yaraşmayan bir addım idi: o adamları mən gördüm, hansı ki, illərlə içimdə Portretlərini və Heykəllərini ucaltmışdım – uçdular və “uçdular”, yıxıldılar, halbuki öz ətrafındakı qadınlara şiddət etməsələr də, bu hakimiyyətin bu xalqın qadınlarına şiddət etməsinə şərait yaradıblar!
Mən şiddətə haqq qazandırmıram, amma hər zaman qadına şiddət göstərmiş biri kimi, məni (və eləcə də başqa Aydınları) anlayan, sayğı ilə yanaşan, düşmən caynağına verməyən hər bir qadını alqışlayıram – etirafım da bu: onlara göstərilən şiddətlərinin qisasını EV içində almaqlarına həmişə meydan verməyə kişiliym, mərdliyim çatıb, EL içinə çıxası olsaydı, yenə də mən... qalib olardım! Həbsxana artıq anlamsız!
Çünki, İnsanları, ilk növbədə Qadınları yanlış qələbələrə alışdırmaq olmaz! Qoy düşmən, o hətta sənin qadının, yaxud da yatağından keçmiş qadındırsa, lap elə qızındırsa, qoy sənə qalib gəlməyin ləzzətini yaşasın! Qoy sənin olan, səninlə olan qadın Qələbənin Dadını bilsin! Öz qadınına uduzan kişi... Qalibdir!
Azərbaycan xalqının faktiki durumu da məhz bu yanlış qələbələrin nəticəsidir!
Yanlış Qələbəydi Mütəllibov üzərindəki Qələbə!
Yanlış Qələbəydi Elçibəy üzərindəki Qələbə!
Yanlış Qələbəydi Heydər Əliyevin Qələbəsi!
Yanlış Qələbəydi İlham Əliyevin Qələbəsi!
Yanlış Qələbədir Fuad Qəhrəmanlı üzərində Qələbə!
Bizə bu yanlış qələbələr hələ çox zəhər-zəqqum olacaq!
Çünki... biz ağzımızın danışığını bilməyənlərik!
Nə qadına qarşı, nə qadınla, nə siyasətdə, nə ədəbiyyatda, nə də ümumiyyətlə, məişətdə belə!

"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı
Biri vardı – Aynur Camalqızı. Götürüb Zeynəb Xanlarovaya ləyaqətsiz-zad yazmışdı. Götürüb cavab yazdım “Vətəndaş həmrəyliyi”ndə: Aynur xanım, ləyaqətdən, namusdan elə ləyaqəti, namusu itirmiş adamlar danışmaqda haqlıdır. Çünki bilir ki... itiridiyi ləyaqət, namus nəymiş! Çox az keçmədi ki, Aynur Camalqızı deputat oldu, gəldi vurdu Zeynəbi keçdi: hansı dəyərlərə görə ittiham etmişdisə, elə o dəyərlərin hamısını camış balasını tapdayan kimi tapdadı! İndi də gündə birini elçi salır Fərəməz Novruzoğlunun, Sərdar Əlibəylinin üstünə ki, atəşkəs olsun!
Nəyin nəticəsidir? Əlbəttə ki, ağzının danışığını bilməməyin!
Ağzının danışığını bilməyən xalqın müstəmləkə olacağı gün isə... üfüqdən hər zaman boylanmaqda – reallaşması, sadəcə, zamanın işi, an məsələsi!
Halbuki biz... Turan qurmaq iddiasındayıq, guya da ki, bu danışıqlarla Qarabağı alacağıq, Azərbaycanın Cənubunu, Qərbini və Şimalını birləşdirəcəyik!
Bu danışıqla, bu qabiliyyətlə?
Sənin xarici işlər nazirin heç ağzının danışığını bilmir!
Sənin deputatların ağzının danışığını bilmir!
Sənin politoloqların ağzının danışığını bilmir!
Sənin şairin, yazıçın, jurnalistin, həkimin, müəllimin ağzının danışığını bilmir!
Hamısı özünü Yaftıməli kimi aparır!
İkicütbirtək şair tapılıb – səhərdən axşama “-da; -də”-ni ayrı və bitişik yaza bilmirlər deyə, millətinin, xalqının, ölkəsinin qızlarını, qadınlarını hədəf seçib, aşağılayır, şərab içən, siqaret çəkən qız axtarır, fərqinə də varmır ki, o siqaret çəkən, şərab içən qız onun bugünkü durumuna və kayfına görə önəmlidir, sabah o siqaret və şərab içən qızla bir yerdə olsa, o qız onunla günlərin birində restoranda yeyib-içdiyi yerdə... qonşu stoldakı “alendelon”a bənd olub, ona qoşulub gedəcək, bu dəmşalaq da düşəcək depressiyaya!
Cavan-cavan uşaqlardır, şeirlərində, hekayələrində, yazılarında, statuslarında cəmiyyətə aşıladıqları istəklərə, təkliflərə baxırsan, dəhşətə gəlirsən və çırıl-çırıl çığırmaq istəyirsən:
- Yaftıməli!!! Ay Yaftıməli!!! Sənin bu gün imkansızlıqdan etmədiyin, amma etmək istədiyin oğraşlıqları səndən 100 il qabaq ediblər, alınmayıb! Nəinki öz xoşuyla “verənləri”, hətta könlündən “vermək” keçib, “verməyə cəsarət etməyənləri” də yatağa, restorana dartıb aparıblar! Dünya öz düzənindən – ailə institutundan imtina etməyib, etmir, etməyəcək də! Bugünkü hakimiyyət hər şeyi gözdən salıb, qalıb bircə ailə institutu! Sən indi iki yoluq şeir yazıb mükafat alasan deyə, xalq neyləsin, qızlarını sənə "arenda"ya versin? İndi sən kənddə “fatma-tükəzban” statusunda qoyub gəlmisən deyə qız qohumlarından arxayınsan? Bakı görənləri niyə qurban bilirsən ki? Dürremantın sözü olmasın: “bu cəmiyyət məni fahişə etdi, mən bu cəmiyyəti fahişə edərəm!” Xəbərin var sizün, rayonlarda sənin bəyəndiyin, o “qloballığa” öyrəşdirdiyin, “fransızlığa, almanlığa, ingilisliyə” inteqrasiya etdirdiyin o “Anna Axmatova”, “Marina Svetayeva”, “Aysedora Dunkan”lar sənin arxayın olduğun o "fatma-tükəzbanlar"a necə “mamaroza”lıq edir... icra başçıları üçün, idarə müdirləri üçün... həkim, müəllim, mühəndis olsalar da, hə?!
Ağzının danışığını bil də, Yaftıməli!
... Bir gün həzrəti-Əlidən soruşurlar ki, niyə kişiyə 4 arvad almağa icazə var, amma bir arvada 4 kişiyə getməyə yox.
Cəddinə "plen" düşdüyüm də deer kiN:
- Hesab elə bir açardı, 4 qıfıla düşür, yaxşı sayılır da, eləmi? İndi də təsəvvür elə ki, bir qıfıla 4 açar düşür, o qıfıl onda nə qıfıl olur ki?
... Hatəmxan ağanın fransızlarla bizim fərqimizin açmasının mabədi budu. Həm də... avropalaşmaq, demokratiya-filan, feminizm, insan haqları silsiləsindən olan iddialara... sözardıdır!
Üstəlik də, axı özü də heç kopayoğlu 4 açar düşən qıfıla sahib duran dəyil ha, əmbə "risovka"lığından da qalmır :(
“Ay sənin südünü s...evim, Yaftıməli!” – deməyə, əlbəttə ki, haqqım var!
... Avropa buna başa saldı ki, söz azadlığı var, bu da vurdu gözün çıxartdı!
Siyasətçisi belə, alimi, ziyalısı, şairi, yazıçısı, jurnalisti, deputatı, hətta tamaşaçısı da – at izi it izinə qarışıb!
Heç biri ağzının danışığını bilmir! Hamı dönüb olub Yaftıməli!
Ağzının danışığını bilənləri isə... söyürlər arvadlı-qızlı, analı-bacılı, nəsildə tumangeyən saxlamırlar!
Faciə həm də budur ki, kommunistlərin, yapçıların, nurçuların, islamçıların, vəhabilərin, şairlərin-yazıçıların, jurnalistlərin, müəllimlərin, həkimlərin, alimlərin, politoloqların içinə və içindən batırdığı ölkənin... mübarizə aparan demokratları da ağzının danışığını bilmir! Dərd budur!
Əlbəttə...
- Atasını evə gələn görəndə ayağa qalxan, oturanda corabını çıxaran, ayağını yumağa su gətirən, qabağına çayı yalnız özü, heç kimə imkan vermədən gətirən qızı hansı Ata danlayar ki? Hələ mən telefon işlətməyən, fb, instaqram profili olmayan, internetdən yalnız bilgi mənbəyi kimi istifadə edənləri demirəm!
Əlbəttə...
- Qızının, yaxud da hər qızının saçını ayrıca daraqla darayan, məktəbə aparıb, məktəbdən gətirib, dərslərini onunla birlikdə hazırlayan, çöldə yediyi tikə boğazından keçməyən Ataya hansı qız ağ olar ki?
Əlbəttə...
- Əyni abırlı, təbəssümü şəhvani olmayan, nazı “gəl-gəl” deməyən, baxışı ilə kişiləri timsah kimi udmayan, telefon nömrəsini salfetdə yazıb ofisiantla ötürməyən hansı qadına söz soxarlar ki?
Əlbəttə...
- Həqiqəti etiraf edən, günahını boynuna alan, üzr istəyən, lazım gəlsə, diz çökməyə hazır olan hansı günahkarı yıxıb başına peşova gedərlər ki?
Əlbəttə...
- Xalqın malına tamah salmayan, onun sərvətlərini talamayan, rəqiblərinin yatağına burun soxmayan, ailəsinə təcavüz etməyən, əqidəsinə görə üstünə polis göndərməyən hansı iqtidarı lənətləyərlər ki?
Əlbəttə...
- Seçicilərini aldatmayan, qranta-kranta, “şapka”ya-“papka”ya görə xalqın etimadıyla alver etməyən hansı müxalif lideri satqın adlandırarlar ki?
Əlbəttə...
- Rüşvət almayan həkiminə, müəlliminə, aliminə, ziyalısına, deputatına, nazirinə kim söyər ki?
Əlbəttə...
Əlbəttə...
Bizə imkan verdilərmi... SEVİLƏN
Ata,
Ər,
Müəllim,
Həkim,
Şair,
Yazıçı,
Jurnalist,
Alim,
Deputat,
Nazir,
Ziyalı
OLAQ?
Verdilər?
Vermədilər!
Niyə?
Çünki... biz ağzımızın danışığını bilmədiyimizdən yanlış qələbələrin tərənnümçüsü olduq!
Həə, Yaftıməli, neyləyək, söz verək bir-birimizə? Ki... bundan sonra ağzımızın danışığını biləcəyik!
Özü də kişi kimi yox,
Türk kimi – törələri minilləri keçən!
Talış kimi - əsrlərlə mərdliyini təsdiqləmiş etnos olaraq!
Ləzgi kimi – şəcərəsinin 32 tayfasını qoyub, Türklə özünü Türk kimi aparan qonşu kimi!
Hapıt, Avşar, Kolanı, Tərəkəmə, Həmşəri, Ayrım, Şahsevən, Qızılbaş, Atəşpərəst, İslamçı (sünni-şiə), Xristian (pravoslav, katolik), Buddist, Rus, Ukrain, Kürd, Yəhudi, Avar, Saxur, İngiloy, Tat... AZƏRBAYCANLI kimi, hamısı bir yerdə... Azərbaycan adına!
... Bir dəfə Almaniyadakı bir almana Azərbaycandan gedən bir Azərbaycanlı deyir ki, Alfred, kişi kimi de, bu maşının nöqsanı nədir?
Alfred də qayıdır ki, “Mamed, kak mujçina k mujçine niçeqo ne moqu skazat, no, kak nemets, qovoryu, sadis, yezjay!”
Həə, əzizlərim, ağzının danışığını bilməyən gözəl yurddaşlarım, soydaşlarım, bəlkə bir ara da özümüzü alman kimi aparaq - ərəb olmadıq, rus olmadıq, erməni olmadıq, monqol olmadıq, fars olmadıq, ingilis olmadıq, fransız olmadıq (yaxşı da ki olmadıq, amma olsaydıq, o qədər də pis olmazdıq bu gün olduğumuzdan), amma axı Türkü gözdən saldıq “Türk!” deyib Türkün ətəyində namazqılanlarla bir yerdə, bəlkə bir az alman olaq, özlüyümüzün, özgürlüyümüzün şərəfini anlayaq!?
Hə-ə, dədə?
Bəlkə birinci ondan başlayaq ki, nəyin qələbə, nəyin qələbə imitasiyası, nəyin deyilməli, nəyin deyilməməli olduğunu aydınlaşdıraq?
Birini deyim, bitirim: Qələbə odur ki, bu iqtidardan seçki yoluyla imtina edirsən!
Qələbənin imitasiyası odur ki, iki-üç dəfə mitinqdə hay-küy salırsan, iqtidar güzəştə gedir, sənə də iki-üç mandat verir!
Deyilməli odur ki: “Xalq qadirdir seçkidə səs verib öz səsinə sahib olmağa!”
Deyilməməli odur ki: “Bu iqtidar qana gedər, əgər... ayağa qalxsaq!”
Sən ayağa qalx, Yaftıməli, gör qan tökülür, yoxsa?
... Hələ mən orasını demədim ki, 1747-ci ildən bu yana ermənilərə uduzuruq, amma və lakin... oğlanlarımızın qəhrəmanlığından danışırıq! - bu da ayrı məsələdir və ağzının danışığını bilən adam belə söhbətləri açmaz: mənim kimi!
p.s. yazıya aid misalları sonrakı statuslarda ayrıca yazacam. Mən qəddar və zülmkar adam deyiləm birnəfəsə Sizlərə 22 min işarədən artıq yazı oxutdurum!
Oxuyan Gözlərinizin Nuru, Ruhunuzun işığı əskilməsin! Vaxt sərf edib boynuma qoyduğunuz haqqınıza özüm qurban!

"Ağzının danışığını bil, Yaftıməli!"-Aydın Canıyevdən növbəti möhtəşəm yazı





Aydın Canıyev

XƏBƏR LENTİ