Cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular-Azərbaycanda

Cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular-AzərbaycandaAzərbaycanda cinsi azlıq qohumları tərəfindən döyülərək kənddən qovulub. Hadisə Sabirabad rayonunun Yolçubəyli kəndində baş verib.

22 yaşlı homoseksual İ.Ş 2018-ci ildə feysbuk sosial şəbəkəsində Orxan adlı oğlanla tanış olub.

Orxan onu Bakıya dəvət edərək Sabunçu rayonunda bir neçə dəfə onunla cinsi əlaqədə olub. Həmin zaman Orxan İ.Ş-nin şəkillərini və videosunu çəkib.

Daha sonra onu həmin fotoları yayacağı ilə şantaj edərək özünün bir neçə dostu ilə də cinsi əlaqədə olmağa vadar edib.

Bir müddət sonra İ.Ş-nin sözügedən şəkillərini qohumları 19 yaşlı Z. və 23 yaşlı M. görüb. Onlar İ-ni döyərək kənddən qovublar və “nəslimizin adını batırmısan” deyərək onu öldürəcəkləri ilə hədələyiblər.

İ.Ş buna görə polisə şikayət edib və qeyd edilənlər barədə məlumat verib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.(qafqazinfo)

Cinsi azlığı zorladılar, döydülər və kənddən qovdular-Azərbaycanda

  • 27-09-2019, 13:03
  • 289


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  7. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  8. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI