Mingəçevirin məmurları illərdir ayrılan pulları yeyirlər,amma yolları asfaltlamırlar- GİLEY

1 304 7-10-2019, 13:52 gundem / video

Mingəçevirin məmurları illərdir ayrılan pulları yeyirlər,amma yolları asfaltlamırlar- GİLEY
Aşağıda gördüyünüz video Mingəçevirdə yeni təmir olunan Su Elektrik Stansiyasının ətrafından, İncilli adlanan qəsəbəyə gedən yoldan çəkilib.
Çəkilişi saytımıza göndərən vətəndaş videoda izah edir ki, görünən yol illərdir bərbad vəziyyətdədir. Neçə icra başçıları dəyişsə də, neçə dəfə yoların bərpası üçün milyonlarla fəsait ayrılsa da əraziyə asfalt örtüyü salınmayıb. Ayrılan pullar mənimsənib. Avtomobillər keçərkən toz-duman ətrafı bürüryür. Beləcə də, illərdir sakinlər bu tozu udmaq məcburiyyətində qalır. Dəfələrlə aidiyyatı qurumlara şikayət olunsa da, əhəmiyyət verən olmayıb. Nəhayət yaxınlıqdakı Su Elektrik Stansiyası təmir olunub. Təmir və ətrafın abadlaşması üçün kifayət qədər maliyyə ayrılıb. Prezident SES-in açılışında iştirak edəcək. Bu səbəbdən onun gələcəyi və görə biləcəyi yerlər yenidən qurulub, ətraf abadlaşıb, yollar asfaltlanıb. Maraqlısı odur ki, göstərilən ərazidə yaşayanların bəxti bu dəfə də gətirməyib. Prezidentin həmin ərazini görməyəcəyini bilən yetkililər ərazidə abadlıq işləri görməkdən, yolu asfaltlamaqdan vaz keçiblər. Bu da onu göstərir ki, abadlıq və yenidənqurma işləri üçün ayrılan vəsaitdən görüntü üçün istifadə olunur, əhalinin rahatlığı üçün deyil. Açılışa gedərkən Prezidenti aldadırlar.Onun getdiyi yerlər abadlaşdırılır....
Sakinin saytımıza göndərdiyi videonu sizlərə təqdim edirik.



Xeberdar.net

XƏBƏR LENTİ