Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər –Səbəb + FOTO

Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər –Səbəb + FOTOGürcüstanın Qardabani rayonunun Qaracalar kənd sakinləri ölkənin Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları 2017-ci ildə kənddə baş verən hadisəyə görə saxlanılan şəxslərlə bağlı aparılan məhkəmə prosesinin ədalətsiz olduğunu bildiriblər.

Aksiyaçılar əllərində “Ədalətli məhkəmə tələb edirik!”, “Gürcüstan azərbaycanlıları seçkidən seçkiyə yada düşürlər!” və digər şüarlar tutublar.

Qaracalar sakinləri bildiriblər ki, iş üzrə saxlanılan 6 şəxsə 12 il müddətinə həbs cəzası verilib. Onların sözlərinə görə, həbs olunan gənclərin üçü – Dinar Mehdiyev, Rahib Kərimov və Nicat Babayev günahsızdırlar.

Etirazçılar deyiblər ki, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət olunub. Onlar birinci instansiya məhkəməsinin qərarının haqsız olduğunu qeyd edərək cəzanın yüngülləşdirilməsini tələb ediblər.

Həbsdə olan gənclərin yaxınları deyiblər ki, iş üzrə zərərçəkən şəxs həmin gənclərin hadisədə iştirak etmədiklərini bildirib. Lakin buna baxmayaraq, günahsız gənclər törətmədikləri cinayət əməlinə görə həbsdədirlər.

Aksiyaçılar deyiblər ki, işlə bağlı günahkar şəxslər azadlıqdadır və onların günahını sübut edən dəlillər var.

Qaracalar kənd sakinləri deyiblər ki, tələbləri nəzərə alınmasa, daha genişmiqyaslı aksiya keçirəcəklər. Günahsız olaraq həbsə atılan gənclər aclıq aksiyası elan etmək niyyətindədirlər.

Aksiyanın sonunda Qaracalar kənd sakinlərinin müraciəti Baş Prokurorluğa təqdim olunub.

Gürcüstan azərbaycanlıları Baş Prokurorluğun qarşısında aksiya keçiriblər –Səbəb + FOTO

  • 10-10-2019, 14:58
  • 100


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI