Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO

1 537 12-10-2019, 11:03 video

Dostlar, bildiyiniz kimi iki gün qabaq, Xaçmaz bazarında səs-küy qalxmışdı.
Təbii ki, bütün baş verənlərə olan diqqətimizdən yayınmayan bu məsələ barədə biz də araşdırma aparmışıq. Bütün hadisələrin də tam mərkəzində olmuşuq.
Bu hadisəni kimin necə təqdim etdiyi mənə maraqlı deyil. Ancaq sırf obyektivlik baxımından baş verənləri şərhsiz sizə təqdim etməyi özümə borc bildim.
Əslində böyüdüləcək bir söhbət deyildi. Çünki, öz şəxsi müşahidələimə əsasən deyə bilərəm ki, Həbibovlar ailəsinin başında belə "qondarma oyunlar", "tələlər", "hiyləgər gedişlər" həmişə olub, zənnimcə həmişə də olacaq.
Ancaq dostlardan soruşub, maraqlananlar üçün, məsələnin mahiyyətini tam təqdim etdik.
Bir az uzun olsa da, çalışın baxın!
Çünki, mən bir tərəfi çəkib, informasiyanı təhrif edib qaçan adam deyiləm.
Buyurun baxın: Hər iki tərəf danışır.
P.S. Onu da xatırladım ki, hər iki tərəflə münasibətim var və tərəflərin öz arasında gedən bu mülki məsələdə mənim şəxsi rəyim yoxdur!
Çünki, şairə xanım Nəcimə Babayevanın qətlini araşdırıram, ona görə də cəmiyyət tərəfindən səhv başa düşüləcək davranışlardan çəkinirəm.
Buyurun, Xaçmaz bazarında nə baş verir?


XƏBƏR LENTİ