“Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək” –Peskov

“Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək” –Peskov“Son bir neçə ildə kürdlərin ən yaxın müttəfiqi olan ABŞ onları atdı, sərhəddə türklərlə vuruşmağa məcbur etdi”.

Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin kürdlərin əldə olunan razılıqda müəyyən olunan əraziləri tərk edəcəyinin şübhəli olması ilə bağlı bəyanatına münasibət bildirən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

“ABŞ son illərdə kürdlərin ən yaxşın müttəfiqi idi. Yekunda ABŞ kürdlərə xəyanət etdi. İndi isə kürdləri türklərlə vuruşmağa məcbur edirlər. Tamamilə aydındır ki, silahlı kürd qruplaşmaları geri çəkilməsə, Suriya sərhədçiləri və Rusiya hərbi polisi çəkilməli olacaq. Bu zaman isə faktiki olaraq kürd qruplaşmaları Türkiyə ordusunun zərbəsi altına düşəcək”, – deyə D. Peskov bildirib.

Qeyd edək ki, C. Cefri Soçidə Rusiya ilə Türkiyə arasında əldə olunan razılıqda çox boşluqların olduğunu söyləyib. O, kürdlərin məlum ərazilərdən geri çəkilməsinə şübhə ilə yanaşıb. /APA

“Kürd qruplaşmaları geri çəkilməsə, Türkiyə ordusunun zərbəsi altına düşəcək” –Peskov

  • 23-10-2019, 12:21
  • 240


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI