Xətai rayonunda bu ərazi də satıldı

Xətai rayonunda bu ərazi də satıldı9 fevral seçkisi bəzi qurum rəhbərlərinin tərcümeyi halında qara xətt olaraq qalacaq. Çünki həmin şəxslər ya saxtakarlığa müəlliflik etdilər, ya da sadəcə həmin qanunsuzluğa göz yumdular. Hər iki hal xalqın haqqına qəsbdir. Belə rayonlardan da biri Xətai rayonudur. Xatırladaq ki, bu rayondakı 4 DSK-dan 2-si tam olaraq, 1-də isə 7 məntəqə MSK-nın müvafiq qərarı ilə saxtakarlığa görə ləğv edilib. Lakin göründüyü kimi hələ də bu rayonun İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev öz postunu qoruyub saxlamaqdadır. Əslində isə onun xələflərindən biri İbrahim Mehdiyev məhz 2010-cu ildə seçki saxtakarlığı fonunda bu rayona başçı təyin edilmişdi. Mehdiyevin sələfini ölkə başçısı seçkiyə müdaxilə etdiyi üçün görəvindən almışdı. Lakin yuxarıda qeyd edildiyi kimi Rafiq Quliyev kimlərinsə hələ də vazkeçilməzi olaraq qalmaqdadır.
Xətai rayonunun İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə bağlı Conflict.az-a yeni məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə İcra Hakimiyyətinin başçısı Xətai rayonu ərazisində, konkret Cavanşir küçəsində yerləşən, H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus, artıq 7 ilə yaxındır ki, sökülmüş iki yataqxananın ərazisini tikinti şirkətlərindən birinə satıb.
Xətai rayonunda bu ərazi də satıldı
Xatırladaq ki, həmin ərazini illərdir ki, bir neçə tikinti şirkəti almağa çalışsa da, mənbənin verdiyi məlumata görə bəzi “arzuların” həddən artıq yüksəkliyinə görə anlaşma baş tutmurdu. Lakin bir neçə gün öncə əraziyə geoloji test aparmaq üçün texnikanın gətirilməsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər nazirliynin əməkdaşlarının qəfil peyd olmaları bu ərazinində artıq satıldığı qənaətini yaratdı. Və Conflict.az-a bu gün daxil olan məlumat əslində qənaətimizi doğrultdu. Belə ki, məlumatı verən mənbə ərazidə tikiləcək hündürmərtəbəli binaların çertyojunu redaksiyaya təqdim etdi.
Xətai rayonunda bu ərazi də satıldı
Onu da xatırladaq ki, ərazi kifayət qədər böyükdür. Mənbənin verdiyi məlumata görə 2 hektarlıq ərazidə 3 hündürmərtəbəli bina inşa ediləcək. Oxucuların nəzərinə onu catdıraq ki, həmin ərazi ilə üzbə-üz artıq bir neçə 10 illərdir ki, bərbad vəziyyətdə olan “Gənclik” parkı yerləşir. Bir müddət öncə ölkə Prezidenti cənab İlham Əliyev, I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar “1 gündə 600 000 ağac əkək!” aksiyası zamanı ailə üzvləri ilə birlikdə məhz həmin parka gəlmişdi. Və elə həmin gündə Bakı şəhər İcra Hakimiyyətinə və Xətai rayon İH-yə parkın təcili abadlaşdırılması ilə bağlı tapşırıq vermişdi. Lakin həmin tapşırığın verilməsindən müəyyən qədər zaman keçsə də, nə BŞİH, nə də Xətai rayon İH-də bu tapşırıqla bağlı hər hansı addım atılmayıb. Əvəzində isə satılacaq ərazi üçün nəhayət ki, müştəri tapıldı.
Xətai rayonunda bu ərazi də satıldı
Xətai rayonunda bu ərazi də satıldı
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

Xətai rayonunda bu ərazi də satıldı

Xətai rayonunda bu ərazi də satıldı

  • 21-02-2020, 09:00
  • 319


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Millət vəkilindən təqdirəlayiq təşəbbüs-FOTO
  2. Ümid Partiyası 2019-cu il üçün maliyyə hesabatını açıqladı
  3. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  4. Salyan rayonunda koronavirusla bağlı əhali arasında təbliğat işləri davam etdirilir-FOTO
  5. Güney Azərbaycan üçün iki təhlükə: “Pandemiyadan daha qorxulu...” - Fəlsəfə doktoru
  6. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  7. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  8. Qazaxda düşmən təxribatı davam edir
  9. Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq
  10. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI