Məşhur siyasətçi koronavirusdan öldü

1 066 16-03-2020, 12:58 dunya

Məşhur siyasətçi koronavirusdan öldüMəşhur siyasətçi koronavirusdan öldü.

78 yaşlı şura üzvi müalicə edildiyi xəstəxanada keçinib


Xeberdar.net xəbər verir ki, İran Ekspertlər Şurasının üzvü ayətullah Həşim Bəthayi Gülpeyaqani koronavirus qurbanı olub. 78 yaşlı siyasətçi yerləşdirildiyi xəstəxanada ölüb. O, həftəsonu Qum şəhərində xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 724 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 209 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 14 minə çatıb.

İranda virusun ən kişik qurbanı 3 yaşlı uşaq olub. Bundan başqa ölkədə deputatlar, nazirlər arasında da virusa yoluxan çox sayda məmur var.

Xatırladaq ki, ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayaılmağa başlayan virus İranda fevral ayında müşahidə edilib. İran COVİD-19 pandemiyasına ən çox qurban verən ölkələrdən biridir.


Xeberdar.net

XƏBƏR LENTİ