Bakı Avrasiya Universitetinin yaranmasından 28 il ötür - MÜSAHİBƏ

4 735 29-04-2020, 22:46 cemiyyet / maraqli

Bakı Avrasiya Universitetinin yaranmasından 28 il ötür - MÜSAHİBƏ
Bakı Avrasiya Universiteti Azərbaycanın ilk özəl ali təhsil muəssisələrindən biridir. Bakı Avrasiya Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir. Ali Diplomatiya Kollecinin yaradılmasında əsas məqsəd çoxpilləli tədris prosesində xarici siyasət və beynəlxalq hüququn əsaslarına yiyələnməklə, respublikamızın xarici ölkələrdəki səfirlik və konsulluqlarında, digər təmsiledici strukturlarında və beynəlxalq təşkilatlarda fəaliyyət göstərmək potensialına malik mütəxəssislər, qərb və şərq dövlətləri üzrə ixtisaslaşmış diplomatlar, sinxron tərcüməçilər, jurnalist və hüquqşünaslar yetişdirmək, eləcə də diplomatiya sahəsində fəaliyyət göstərən kadrları təkmilləşdirmək və müvafiq istiqamətlər üzrə elmi-tədqiqat işləri aparmaq idi. 1992-ci ildən 1993-cü ilin mart ayına qədər olan mərhələni tələbə qəbuluna hazırlıq, eyni zamanda təhsil müəssisəsinin elmi-tədqiqat mərkəzi olaraq geniş və səmərəli fəaliyyətin qurulduğu dövr kimi xarakterizə etmək olar.

Tələbələr universitetdə 3 səviyyədə - bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alırlar.

Bakı Avrasiya Universiteti Mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli Xeberdar.net-ə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:
Bakı Avrasiya Universitetinin yaranmasından 28 il ötür - MÜSAHİBƏ

"-Bilirsiz ki, hər il 30 aprel günü Bakı Avrasiya Universitetinin yarandığı gün, eyni zamanda universitetin qurucusu və rektoru, professor Nazim Hüseynlinin doğum günüdür. Məlumat üçün qeyd edim ki,11 il öncə 30 aprel tarixində ADNA(Azərbaycan Dövlət Neft Akademiyası)da baş vermiş terror hadisəsi zamanı, çoxsaylı tələbə və müəllim heyətinin qətli tariximizə faciəli bir gün kimi daxil oldu. Həmin ildən etibarən Nazim Hüseynli həmrəylik nümayiş etdirərək universitetin yaranış gününü bir gün əvvəl qeyd edilməsi ilə bağlı göstəriş vermişdir."

- Hansı yeniliklər nəzərdə tutulub?

"-Universitet hər il maddi-texniki bazasını artırmaqda israrlıdır.Bilirsiz ki,dünya inkişafdadır,yeniliklər internet məkanı bununla paralel olaraq təhsil sistemində ən müasir metodlardan istifadə vacibdir. Bunun üçün də təbii ki,maddi texniki baza vacibdir. Məhz bu konteksdən baxanda Bakı Avrasiya Universiteti hər il tələbələrin rahat və maneəsiz təhsil alma imkanlarını artırır. Bu səbəbdən də yeni tikilmiş korpuslarda tələbələr üçün yeniliklər olacaq . Burada yeni mərkəzlər fəaliyyət göstərəcək.Tam əminliklə deyə bilərik ki, universitet öz inkişaf dinamikasında birincilər sırasında olmağa israrlıdır. Eyni zamanda ötən il universitetin eyniadlı kollecinin açılışı olub. Burada da qəbul planına uyğun qəbul aparılıb. "

- Yeni ixtisaslar və yeni hədəflər nələrdir?

"-2019-2020-ci qəbul prosesində bir çox yeni ixtisaslar əldə etdik. Bunlar təbii ki,universitetin maddi-texniki bazasının mükəmməl olması ilə əlaqədardır. Bank İşi, Maliyyə, Turizm və otelçilik, biznesin idarə edilməsi, kommersiya, marketinq kimi vacib ixtisaslar üzrə tələbə hazırlığına start verildi. Növbəti qəbul planı məlum səbəblərdən hələ ki,müəyyənləşməyib. Bir neçə vacib ixtisaslar hədəfimizdədir."

-Pandemiya dövründə ölkə başçısının müvafiq sərəncamı ilə aztəminatlı və həssas qrupa aid ailələrin tələbə övladlarının təhsilhaqqı ödənişləri dövlət tərəfindən ödəniləcək. bu barədə hansı tədbirlər görülüb?

"-Bu məsələ ilə bağlı çox ciddi işlər gedir. Ölkə başçısının məlum sərəncamına uyğun olaraq universitet də bu sərəncamdan irəli gələn bütün detalları araşdırır. Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb və aidiyyatı üzrə universitetlər bu iş üzərində ciddi işləyirlər. Yəqin ki, bu həftənin axırında həmin siyahı nazirliyə göndəriləcək."

- Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, onlayn dərslərə start verilib. Bəzi tələbələr bu dərslərə qoşulmaqda çətinlik çəkirlər. Universitet bu barədə nəsə edib və ya edəcək?

"- Aztəminatlı tələbələrimizin internetdən istifadəsi təmin etmək məqsədi ilə ötən həftə cənab nazir Ceyhun Bayramov ali təhsil müəsisələrinin rektorları ilə videokonfransda qeyd etdi ki, Azercell şirkəti ilə hazırda danışıqlar aparılır. Bu məsələ də öz həllini tapacaq."

- Tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi üçün təlim və ya tədbirlər keçirilir mi?

"- Ölkəmiz bilirsiz ki,müharibə şəaraitindədir. Bu universitetlər qarşısında vacib bir məsələdir. Bakı Avrasiya Universiteti mütamadi olaraq bu sahədə təbliğat işlərini aparır."

- Sonda isə ənənəvi sualı vermək istəyirəm. Niyə BAAU? Niyə abituriyentlər Bakı Avrasiya Universitetini seçməlidir?

"- Bu bir devizdir təbii ki, hər bir universitet imkanları daxilində abituriyentlər üçün maksimum şərait yaratmaqda maraqlıdır ki, qəbul prosesini uğurla başa vursun. Bu nöqteyi-nəzərdən qəbul zamanı abituriyentlərə seçim imkanları tövsiyyə edirik. Bilirsiz ki, universitetimiz abituriyentlər üçün müəyyən güzəştlər nəzərdə tutub və hər il bu güzəştlər tətbiq olunur. Eyni zamanda əvvəllər 50 nəfər təqaüd alırdısa bu rəqəm yanvar ayından bu yana 190 nəfərə çatdırılıb."

Bakı Avrasiya Universitetinin yaranmasından 28 il ötür - MÜSAHİBƏ
P.S Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli ötən il "İlin rektoru" adına layiq görülüb.

Biz də Bakı Avrasiya Universitetinə daha da uğurlu olmaq, Universitetin rektoru Nazim müəllimə uzun ömür can sağlığı arzu edirik.

Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ